Sabiq rektor qardaşının ilginc fotolarını yaydı
«Akif Çovdarov Binəqədinin keçmiş polis rəisi, rəhmətlik kəlbəcərli Ələmdar Tağıyevin adı ilə Rusiyada yaşayıbdır, Bakıya ölmüş adamın pasportu ilə gəlib-gedibdir»
«O, birinci şəxsin Sverdlovski vilayətində 25 milyard dollar pulunu fırladır»
Fəaliyyəti dayandırılmış ABU rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı “Azpolitika.info” saytına yeni məktub göndərib. Hazırda Fransada sığınacaq tapmış sabiq rektor qardaşının oğurlanmasına görə MTN generalı Akif Çovdarovu ittiham edib və məktuba bir sıra sensasiyalı fotoşəkillər əlavə edib. Bu fotolarda Mahir Abdullayev Akif Çovdarovla birlikdə görünür. E.Abdullayevin məktubunu təqdim edirik:
MTN generalı Elşad Abdullayevin təqdimatında
“04 oktyabr 2012 il tarixindən Prezidentin sərəncamı ilə Baş Prokurorluq yanında Müstəqil Istintaq Komissiyası yaradılmışdır. Bu gün MIK-in yaradılmasından 6 ay 16 gün kecir. MIK-na qədər bu işi 12 prokurorluq müstəntiqi araşdırmışdır. Heç biri də yarıtmaz işinə görə məsuliyyət daşımayıbdır, əksinə, tutduqları vəzifələrində irəli cəkiliblər. Mahir Abdullayevin ogurlanmasının kriminalistik-hüquq xarakteristikası qaydasız döyüşü xatırladır. Hazıra qədər zərərcəkmiş tərəfindən Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın subyektlərinin 11 videogötüntüsü ictimailəşdirilmişdir. Avropanın tanınmış hüquqşünasları təsdiq edirlər ki, bizim bir video faktımız bu cinayət işinin açılması üçün kifayətdir.
Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın başlıca subyektlərindən biri də cinayətin icraçısıdır. Akif Covdarovun www.google.az saytında cox saylı cinayətlərinin dinamikası verilmişdir.
Mahir Abdullayevin oğurluğunu bilavasitə icra edən zaman Rusiya Federasiyasının Sverdlovski Vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə “Təpəgöz” kimi tanınan və hazırda isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (KQB) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin rəisi olan general-biznesmen Akif Teymurxan oğlu Çovdarovdur (Rusiya Federasiyasının vətətəndaşı).
Yalnız, bir ovuc dövlət quldurunun oyuncaq rejimlərində belə şübhəli tərcümeyi-halı olan kriminal şəxs, “polojeniyaya” baxan adam qısa müddətdə dövlətin əsas təhlükəsizlik idarəetmə orqanında ali vəzifə tuta bilər, bunu bir huquqşünas kimi başa düşmək olmur. Bu isə dövlətçiliyin hüquqi böhran vəziyyətində olduğunu bir daha müəyyən edir.
Akif Covdarov Mahiri oğurlamağa bir necə dəfə cəhd etmişdir.
Akif Çovdarovun müəmmalı taxta-şalban biznesi
Ilk dəfə olaraq, 2003 ilin yanvar-mart aylarında Akif Çovdarov Mahiri şirnikləndirərək Rusiya Federasiyasının Sverdlovski Vilayətinə gətizdiribdir. Akif Çovdarov Mahirə Sverdlovskidədəki taxta-şalban zavodunu təklif edir. Ikinci dəfə Akif Çovdarovun işçisi, müğənni Mətanət Isgəndərli Rusiya Federasiyasının Sverdlovski şəhərində konsert vermək adı ilə Mahiri ora dəvət edir. Həmin ərəfədə banda istəyib ki, Mahiri orada saxlasınlar. Aşağıdakı fotolar Mahir Abdullayev ilə Akif Covdarovun bir-birilərini yaxından tanıdıqlarını təsdiq edir.
Foto 1. Bu foto “Sobolğ” otelinin qarşısında çəkilibdir.
Bu fotoda “Sobolğ” otelinin qarşısında sağdan Akif Çovdarov, Mahir Abdullayev və Qəbələli Namiqdir. Məni təəcübləndirən odur ki, ilk vaxtlar bu fotoda qeyd olunan Akif Çovdarov və Namiq Qəbələli Mahirlə birlikdə Rusiyada olmalarını dandılar. Akif Çovdarov Mahiri tanımadığını söylədi, lakin, foto-faktlar və video-faktlar əksini təsdiq edir. Onlar və müğənni Mətanət Isgəndərli komandası ilə birlikdə qeyd olunan oteldə birlikdə yaşayıbdırlar. Akif Çovdarov həmin dövrlərdə Bakı şəhəri, Binəqədi rayonunun keçmiş polis rəisi, rəhmətlik kəlbəcərli Ələmdar Tağıyevin adı ilə RF-da yaşayıbdır, Bakıya ölmüş adamın pasportu ilə gəlib-gedibdir.
Foto-faktlar təsdiq edir ki, o, Sverdlovski vilayətində milyardlarla dollarla hesablanan taxta-şalban biznesi ilə məşğul olubdur, bütün Azərbaycanı taxat-şalbanla təmin edibdir və digər biznes əməliyyatları ilə məşğuldur, hazırda da həmin əlaqələri davam etdirir, baxmayaraq ki, Azərbaycan qanunvericiliyi MTN əməkdaşlarına belə fəaliyyətlə məşğul olmağı qadağan edir. Lakin, Akif Çovdarov hakimiyyətin üst qatına işlədiyi üçün belə qeyri-qanuni əməllərlə məşğul olur. O, şahidlərin fikrinə görə, birinci şəxsin Sverdlovski vilayətində 25 milyard dollar pulunu fırladır. Təsadüfi deyildir ki, biz birinci video-faktları yayandan sonra Prezident Icra Aparatının müdiri Ramiz Mehdiyev Rusiya qışının sərt vaxtı Sverdlovski vilayətində Bakı “zəhmətkeşlərinin” təntənəli müşavirəsini keçirdi (Bax:Azərbaycan qəzeti, AzTV). Daha yuxarı təbəqənin Sverdlovski vilayətindəki görüşləri KIV-də öz əksini tapdı. Bu insanları keçmiş sovet QULAQ-ına bağlayan nədir?! Bəlkə də həmin ərazidə Azərbaycan üzrə Qlavnoe Upravleniya Laqerey- Ölüm eskadronu bərpa olunubdur?!
2-ci fotoda “Sobolğ” otelinin hüquqi ünvanı aşağıdakı kimidir: Otelin lövhəsində rus dilində “Qostiniya”, “Sobolğ”, “Verxturğe” sözləri yazılıbdır. Hüquq ünvanı: Sverdlovski vilayəti, 624380-Verxuturye şəhəri, Karl Marks kücəsi, 1a, telefon +7 343 892 14 14; web-site: http://sobol-hotel.ru ; E-mail: qostinsobol@yandex.ru Otelin baş inzibatcısı Xromova Lyudmila Anatolyevnadır.
3-cü fotoda Mahir və Akif Covdarov Verxuturye şəhərinin Kilsə meydanında RF-sı dövlət rəmzi qarşısında birgə fotoları.
4, 5 və 6-cı fotolar Akif Covdarovun taxta-şalban fabrikində çəkilib.
Foto 5-də Mahir Abdullayevin qoltuğunda sənədlər Akif Çovdarovun taxta-şalban zavodunun Mahirə satılması haqqındadır. Həmin sənədlərə görə, Mahir Akif Çovdarova külli miqdarda pul ödəyibdir. Mahir Sverdlovsk vilayətində olanda Moskvada “KQB”də çalışan dostu Nicat Sverdlovski vilayətinin FKI-in əməkdaşlarından xahiş edir ki, Mahirə yardım etsinlər, onlar da gəlib yardım edirlər. Buna görə də Akif Çovdarov Mahiri Sverdlovski vilayətində oğurlaya bilmir.
General Mahir Abdullayevi şantaj edirmiş
Akif Çovdarovun qohumu və yerlisi Qulu Cəfərovun əl yazmasına görə, 300 min ABŞ dolları Mahirə borcları vardır. Mahir Akif Çovdarovla Qulu Çəfərovun vasitəsi ilə tanış olmuşdur. Gürcüstanlı Qulu Cəfərov Akif Çovdarovun həm yerlisi, həm qohumu, həm də biznes və cinayət ortağıdır.
Bundan sonra, Akif Çovdarov Bakı şəhərində bir necə dəfə də Mahiri oğurlamağa cəhd edir. Oğurluq planına görə cinayətin “nakolşiki” MTN-in müavini Hilal Əsədovun yaxın qohumu Sənan Ibrahimov hər gün dalbadal 5 dəfə səhər tezdən Mahirin Binəqədi rayonunda yerləşən “Sevinc” kafesinə saat 08-09 radələrində gəlir. Oğurluq günü də o, sübh çağı diqqəti özündən yayındırmaq məqsədi ilə “Sevinc” kafesində oturub, halbuki, çox yaxşı bilirdi ki, kafe saat 18:00-dan işləyir, həmin vaxt mühafizəçidən başqa heç kim kafedə olmur.
Şahidlərin təsdiqinə görə, Mahir oğurlanana qədər Akif Çovdarov fotodakı sarı Sverdlovski kürkündə bir neçə dəfə yanında da bir nəfər Azərbaycan Beynəlxalq Universitetində Mahirin iş otağında “razborkada” olmuşdur. O, Mahiri “Mətanət Isgəndərlinin Qarabulaq sərgüzəştləri” adlı məqaləsi ilə təhdid edib 2 milyon pul tələb etmişdir. Akif Çovdarov müğənni Mətanət Isgəndərlinin əli ilə Mahiri RF-in Sverdlovski vilayətinə aldadıb gətirib orada saxlamaq niyyəti baş tutmayanda yenə də müğənni Mətanət Isgəndərlinin əli ilə aldadaraq 13 oktyabr 2003-cü il tarixində Bakı şəhəri Nizami küçüsi 4, mənzil 8-də səhər saat 10-16:20 radələrində şəxsən paqonlu bandasının əli ilə oğurlatmışdır.
Akif Çovdarov əsas cinayətkarı gizlətmək və məni susdurmaq üçün bir sıra kriminal KIV-in təzyiqindən, Sədinin adından telefon təhdidlərindən, fırıldaqçı falçı-baxıcılardan, paqonlu əcinnələrin kriminal təzyiq tədbirlərindən bacarıqla istifadə edirdi. Başlıca təzyiqlərindən biri də MTN-in ATM-in rəhbəri işləyən zaman PIA-nin müdiri Ramiz Mehdiyevin yaxın qohumu 4-cü idarənin rəisi Fikrət Əliyevi Azərbaycan Beynəlxalq Universitetinə prorektor təyin edərək universiteti ələ kecirmək məqsədi ilə daxildən inzibati-amirlik metodları ilə dağıtdı. Azərbaycan Konstitusiyası ilə vətəndaşını qorumağa borclu olan “KQB”nin şanlı əməkdaşı Akif Çovdarov vətəndaşına qarşı dövlət terrorunu həyata keçirirdi.
Avropa Konvensiyasında insan hüquqlarının pozulması sahəsində analoqu olmayan bu cinayətkarlıq Avropa Məhkəməsində araşdırılır. Bu gün 20 aprel 2013-cü il tarixində ABŞ-in Dövlət Departamentinin Azərbaycan üzrə insan hüquq və azadlıqların pozulması hesabatında insanlıq əleyhinə çevrilmış bu cinayətə xüsusi bölmə ayrılmışdır. ABŞ Dövlət Departamentinin Hesabatına görə, Prezidentin Icra Aparatının müdiri Ramiz Mehdiyev bu cinayətin başlica günahkarı hesab edilir, Azərbaycanda nə cinayəti icra edənlər, nədəki ona himayədarlıq edənlər cinayət məsuliyyətinə cəlb olunmurlar.
(ardı var)
İmza: Zərərcəkmiş-hüquq professoru, YUNESKO müəllimi Elşad Abdullayev Fransa, Paris, 20 aprel 2013″.