Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda hərək dayanıb, maşınların böyük tıxacı yaranıb. Bakıdan Sumqayıta və əksinə hərəkət edən insanlar yollarda qalıb. Sosial şəbəkələrdə yayılan xəbərlərdə deyilir ki, mənzil başına tələsən, lakin yolda qalan insanlar ciddi narazılıq edib, problemə səbəb olanları qarğıyıb.
Yolun bağlanmasına səbəb isə ölkə başçısı İlham Əliyevin Masazıra, köçkünlər üçün yeni salınan məhəllənin açılışına getməsi olub. Bu tədbirlə əlaqədar mağistral yol 1 saatdan çox bağllı saxlanılıb.