“Heç kim sual etmir ki, bu fond nədir və onun maliyyə mənbələri niyə gizlidir”
“Bütün bu təmtəraq və səs-küy yerli və beynəlxalq hüquq müdafiəçilərini susdurmaq üçün yaradılır”
Fransadan müstəqil jurnalist Reji Gent Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi xeyriyyə layihələrinə diqqət çəkərək, fondun maliyyə mənbəyi haqda suallar qaldırır. “Contact.az” saytının verdiyi xəbərə görə, jurnalist “eurasianet.org” saytında dərc etdirdiyi “Bakı Fransada mədəniyyət diplomatiyası yürüdür” başlıqlı məqaləsində yazır:
Bu günlərdə Fransanın şimal-qərbində norman kəndlərindən birində San Pattern kilsəsi (11-12-ci əsrlər) orijinal görünüşünə qovuşacaq. Onun bərpası üçün vəsaitin bir hissəsini Heydər Əliyev Fondu ayırıb…
Fransada Azərbaycanın “mədəniyyət diplomatiyası”nın başlanğıcı İlham Əliyevin 2008-ci il prezident seçkiləri kampaniyası ərəfəsinə gedib çıxır. 2007-ci ildə fond Versal sarayında zalların və reporoduksiyaları bir hissəsinin bərpasına başlayıb (məbləğ ictimaiyyətə açıqlanmayıb). İki il sonra fond Strasburq müqəddəs Mrəyəm kilsəsində üç vitrajın bərpası üçün 40 min avro (53 min 776 dollar) bağışlayıb. Daha sonra Luvra bir milyon avroluq (1,34 mln. dollardan çox) bəxşiş gəlib. Bundan başqa, Fransada “Azərbaycan dostları”nın himayəsi ilə 150 min avro dəyərində sponsor tədbirləri və festivallar keçirilib.
Oxucular Azərbaycanı məşhurlaşdırmaq məqsədilə YUNESKO səviyyəsində keçirilən yubileyləri, konsertləri, sərgiləri xatırlayırlar. Vəziyyəti və Əliyevlər ailəsinin dünyaya tanıtmaq istədiyi personajları daha yaxından tətqiq etdikdə aydın olur ki, bütün bu təmtəraq və səs-küy yerli və beynəlxalq hüquq müdafiəçilərini susdurmaq, Qərbdə “İslam ekstremizminin xaosu fonunda sabit demokratiya” imici formalaşdırmaq üçün yaradılır.
Bu gün bütün aparıcı dünya KİV-ləri Taleh Heyrədovun (Kəmaləddin Heydərovun oğlu) və Anar Məmmədovun (Ziya Məmmədovun oğlu) beynəlaxlq təşəbbüsləri haqqında yazır, amma bu sahibkarların haradan “çıxdığının” və hansı vəsaitlə ölkəsini təmsil etdiyinin təfsilatına varmır. Heç kim sual etmir ki, Heydər Əliyev Fondu nədir və onun maliyyə mənbələri haqqında məlumat niyə gizlidir.
AŞPA-nın bu yaxınlarda keçirilən qış sessiyasını və “Ştrasserin siyahısı” üzrə səsvermənin nəticələrini hamı yaxşı xatırlayır. Söhbət insan hüquqlarından, siyasi məhbuslar və vicdan məhbuslarından, rəsmi Bakının bu problemə münasibətindən gedirdi. Həmin vaxt deputatların əksəriyyəti (125-dən 74-ü) alman parlamentarinin qətnamə layihəsini dəstəkləməyib və onlar arasında 7 fransız var idi…