“O, sağ-salamtdır, bu gün danışmışam”
“Rus KİV-in Rövşən Canıyevin öldürülməsi barədə yazdığları həqiqətə uyğun deyil”. Bunu məşhur “qanuni oğrunun” qardaşı Namiq Canıyev vesti.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rövşən sağ-salamtdır və hazırda Dubaydadır. “Mən hər gün qardaşımla danışıram. Sonuncu dəfə bu gün danışımışam. Mən bilmirəm ki bu informasiyaları kim yayır və kim burda maraqlıdır. Bütün bu xəbərlər yalandır” – deyə qardaşı vurğulayıb.
***
Rövşən Lənkəranski öldürülüb?
«Qanuni oğru»nun Dubaya gedərkən güllənləndiyi barədə məlumat yayıldı
Rusiyanın cinatyətkar aləmlə bağlı xəbərləri ilə məşhur olan “Praym Kraym” saytı məlumat yayıb ki, azərbaycanlı qanunu oğru Rövşən Canıyevi (Lənkəranski) və onun yaxın müttəfiqi Əhməd Yevloyevi güllələyiblər. Saytın yazdığına görə, onlardan birini Türkiyədə, o birini isə Rusiyada güllələyiblər.
Məlumatlara görə, Türkiyədə güllələnən Rövşən Lənkəranskidir, o Dubaya gedirmiş. Yevlotevi isə Moskvada güllələyiblər. Güllələnənlərin aqibəti barədə məlumat
Rusiya mətbuatı bundan əvvəl məlumat yaymışdı ki, Mokvada qətlə yetirilən kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın tərəfdarları bu ölüm işi ilə bağlı özlərinin apardıqları təhqiqata yekun vurublar. Usoyan tərəfdarları sonda bu qətlin günahkarı Rövşən Lənkəranskinin üzərində dayanıblar. Modern.az saytı rus KIV-lərinə istinadən bildirir ki, qəbul olunmuş vahid qərara görə, Rövşən Lənkəranski “Ded Xasan”ın qətlinin günahkarı elan olunub. Bununla əlaqədar Rövşən Canıyevə və onun tərəfdarlarına ölüm hökmü çıxarılıb.
Hökmdən dərhal sonra Rövşən Lənkəranskinin sağ əli Rafo Gəncinski kimi tanınan Rüfət Nəsibov öldürülüb.
Rövşən Lənkəranskinin isə son zamanlar vaxtının çoxunu Birləşmiş Ərəb Əmirlikərində keçirdiyi bildirilirdi. Amma o da vurğulanırdı ki, Lənkaranski ərəb ölkəsində uzun müddət gizlənə bilməyib. Məlumata görə, Rusiya Federasiyası Daxili Işlər Nazirliyindən Birləşmiş Ərəb Əmirliklərinə daxil olan məktubda Rovşən Lənkəranskinin kim olduğu haqda ətraflı bilgi verilib. Və hətta bununla yanaşı da, məktubda o da bildirilib ki, 2012-ci ilin dekabr ayında Rövşən Lənkəranski Birləşmiş Ərəb Əmirlikərində “qanuni oğrular”ın görüşünü təşkil edib.
Xəbərdə qeyd olunurdu ki, həmin məktubdan sonra Birləşmiş Ərəb Əmirlikərinnin hüquq-mühafizə orqanları RövşənLənkaranskiyə ən qısa müddətdə bu ölkəni tərk etməyi əmr ediblər.