Millətçi Demokrat Partiyası yubiley tədbirində hakimiyyət ciddi tənqidə tutuldu; ölkənin dəyişiklik astanasına olduğu vurğulandı
Bir zamanlar “bozqurdlar” kimi tanınan insanların partiyası olan Millətçi Demokrat Partiyası (MDP) yaranışının 20 illini qeyd etdilər. Ötən gün Müsavat Partiyasının ofisində keçirilən partiyanın sessiyasında təkcə mdpçilər deyil, tanınmış ictimia-siyasi xadimlər də qatıılmışdı.
Toplantının aparıcısı İctimai Palatanın(İP) Koordinasiya Şurasının(KŞ) üzvü Qələndər Muxtarlı öncə yaranış tarixlərinə qısa ekskurs etdi.
O dedi ki, partiya 1992-cü il dekabrın 26-da yaransa da, 1995-ci il martın 17-də qeydiyyatdan keçib.Q. Muxtarlının məlumatına görə bu sessiya MDP-nin sayca ikinci, Bozqurdların isə altmışıncı sessiyasıdır.
Daha sonra o ictimai –siyasi durumla bağlı dəyərləndirməsini etdi.
Millətçi Demokrat Partiyası Azərbaycan müxalifətinin ən böyük koalisiyası olan İctimai Palatada təmsil olunduğuna diqqət çəkərək dedi ki, Azərbaycan hakimiyyəti indiyəqədərki dövrdə nəzarətdə olan bir müxalifət təsis etdiyini düşünüb: “Amma 2010-cu ildə baş verən hadisələr və yaxın coğrafiyada baş verən proseslər ölkədə müxalifətə ciddi inam yaratdı. Biz böyük tarixi fürsətin astanasındayıq”.
Partiya sədri dedi ki, Azərbaycanda seçki yolu ilə qələbə qazanmaq mümkün görünmür: “Bu cinayətkar hakimiyyətin ədalətli seçki keçirəcəyinə inanmırıq. Azərbaycanda real müxalifətin koalisiyası yaradılmalıdır. Biz Azərbaycanda dəyişiklik etmək qabiliyyəti olan liderin yanında olacağıq”.
Q.Muxratlı hakimiyyətin Bozqurdları parçalamaya yönəlik siyasətindən də danışdı: “ Tufan Kərimli kimiləri hakimiyyətdən pul alıb İsa Qəmbərə Əli Kərimliyə böhtanlar yağdırdılar. Onun kimilərin aqibəti rejim dəyişəndən sonra bəlli olacaq”.
Q.Muxratlı İP-də birliyin vacibliyini də qeyd etdi: “AXCP və Müsavat bir yerdə olmalıdır. Bu qələbəmizin birinci amili olacaq. Biz xalqı qələbəyə aparan liderin yanında olacağıq”.
Toplantısına keçmiş daxili işlər naziri İsgəndər Həmidov da vardı. O, tədbir iştirakçılarını qarşıdan gələn Həmrəylik günü və Yeni İl münasibətilə təbrik etdi. İ.Həmidov çıxışına Azərbaycan hakimiyyətini tənqid etməklə davam etdi: “Ramiz Mehdiyev dünənə qədər Azərbaycanda hakimiyyətinin banisinin Heydər Əliyevdir, indi də Şah İsmayıl Xətai olduğunu deyir. Əclafların son istinad yeri vətənpərvərlikdir. Bu ideologiyanı daşıyanlar isə Ramiz Mehdiyevlərdir. Şöhrətsizlərə şöhrət, şərəfsizlərə şərəf ordeni verirlər. 20 yanvar hadisələrində rus qoşunlarını Bakıya çağıran Artur Rəsizadəyə şöhrət ordeni veriblər”.
İ.Həmidov məmurların ölkədən xaricə axıtdıqları milyonlar haqqında da danışdı: “Bu hakimiyyət qaçmağa hazırlaşır. Sadəcə biz yaxşı təpik vura bilmirik. Həmidov prezident seçkisi ilə bağlı önəmli mesajlar verdi: “İndi lider axtarmaq lazım deyil. Xalqın özünü liderə çevirmək lazımdır. Bunun üçünsə xalq kütlələri ilə işləmək gərəkdir”.
Tədbirə qatılan Hacı İlqar İbrahimoğlu çıxış edərək millətçi demokratları yubiley münasibətilə təbrik etdi: “Sovet İttifaqından qurtulsaq da, milli-mənəvi dəyərlərimizə qayıdış olmayıb. Milli-mənəvi dəyərlərə qayıdış olmasa, Qarabağına azadlığından da danışa bilməyəcəyik. Milliyyətçilik və din illərdir təhqir olunur. Dünyada milliətçilik adına edilən fəthlərin kökündə islam dayanıb. Gənclər islama sahib çlıxmalıdırlar. İnancı ayıba çevirmək istəyənlər var. Qiyamətdə bunun cavabını sizlər və bizlər verəcəyik. Milli- mənəvi dəyərlərimiz bayrağımızda da öz əksini tapıb. O bayrağı ucaltmaq isə sizlərin və bizlərin işidir.
Müsavat Partiyası başqanı İsa Qəmbər təbrik çıxışında dedi ki, millətçilik ciddi bir ideologiyadır: “Əsrlərlə mövcud olan bozqurd ideyası sonradan bir partiya şəklində zühur etdi. MDP həmişə haqq-ədalət uğrunda mübarizə aparıb, seçkilərdə bu partiyanın dəstəyini görmüşük. İnanıram ki, bu təşkilat fəaliyyətini davam etdirəcək və Bozqurdlar mübarizənin önündə olacaqlar”.
Pənah Hüseyn də MDP-nin 20 ildəki fəaliyyətini yüksək dəyərləndirərək, partiyanın qarşısında görüləsi daha ciddi işlərin hələ öndə olduğunu deyərək, hər kəsə uğurlar dilədi.
AXCP sədri Əli Kərimli isə çıxışında dedi ki, Azərbaycan kimi bir ölkədə milliyətçi maraqlarından çıxış etmək böyük məsuliyyətdir: “Ərazilərimizin 20 faizinin ermənilərin, 80 fazinin rejimin işğalında olan bu ölkədə millətçilər öndə olmalıdır. Azərbaycan hakimiyyəti indi də millətçi kimi görünmək iddiasına düşüb. Əsl millətçiləri unutdurmağa çalışırlar. Sizin pisin qarşısında yaxşının yanında olmağınızı arzu edirəm”.
İP KŞ üzvü, publisist Mehriban Vəzir isə gənc millətçiləri daha çıx mütaliə etməyi, digər ölkələrdə millətçiliklə bağlı ideyalarla tanış olmağı tövsiyə etdi.
İP KŞ üzvü , “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə çıxışında dedi ki, millətçilik türkün qurtuluş ideologiyası, Ergenəkondan çıxış deməkdir: “Azərbaycan türkü hakimiyyətinə torpaqlarına sahib çıxmalıdır. Bu təşkilat siyasətin küncündə yox, ortasında olmalıdır. İnanıram ki, İsgəndər Həmidovun bu tədbirdə söylədikləri fakta çevriləcək”.
Tədbirdə MDP Ali Məclisinin ölkə vətəndaşlarına müraciəti qəbul olundu.
Hikmət