Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakıda oxuduğu şeirə etiraz edən İran Xarici İşlər Nazirliyinə qarşı İran Azərbaycanında vətəndaşlar dəstək kampaniyası başladıb.
İran Azərbaycanın xəbərlərini əks etdirən bir sıra sosial media hesabları vasitəsilə başladılan kampaniyada Azərbaycanlı vətəndaşlar Ərdoğanın oxuduğu şeiri oxuyaraq video paylaşırlar.
“Arazı ayırdılar” və “birlik üçün oxu kimi” haştaqlar ilə Twitter və Instagram sosial şəbəkələrində yayımlanan videolarda vətəndaşların hər videonun sonunda və şeiri vəya mahnını oxuduqdan sonra “Yaşasın Azərbaycan”, “Yaşasın Türkiyə” və “Nə Mutlu Türkəm deyənə” şüarlarını səsləndirdikləri müşahidə olunur.
Amerikanın səsi