Milli Şuranın sədri Cəmil Həsənli
Deməli, dünən beynəlxalq mətbuatda Azərbaycanla bağlı diqqəti cəlb edən iki maraqlı yazı gedib. Bunun birincisi İsrailin məşhur “Haaretz” qəzetində, ikincisi isi dünyaca tanınan “Eurasianet” qəzetində Hər iki yazının linki şərh bölümündə). Nə qədər bu yazılar bir-biri ilə bağlıdır? İndi görəcəksiniz.
Birinci yazı “İsrail aerokosmik sənayesi Azərbaycanda pulların yuyulması ilə bağlı $ 155 mln. məbləğində iki şirkətə ödəniş edib” (Israel Aerospace Industries Paid $155 Million to Two Companies Linked to Azerbaijan Money Laundering). Onu tanınmış araşdırmaçı jurnalist Uri Blau yazıb. İkinci yazı isə “Qarabağ parlamentin köçürülməsini elan edib” (Karabakh announces move of parliament). Haraya? Məlumunuz olsun ki, ŞUŞAYA. Bu yazının müəllifi isə ABŞ-ın Yaxın Şərq və Cənubi Qafqaz üzrə ən tanınmış təhlilçi jurnalisti Joshua Kucera yazıb.
Birinci yazının adından da görürsünüz İlham Əliyevin daha bir çirkli pulları yuma əməliyyatı ifşa olunur. Özüdə torpaqları 27 il işğal altında olan bir ölkənin hakimiyyəti silah alverindən İsrail kimi dövlətdən “otkat” almaq kimi rüsvaçı, rəzil, namussuz yol tutubmuş. Axı İsrail bunların silah alverində ikinci tərəfdaşı idi. Sən demə bu tərəfdaşlığa görə bunlar Rusiya kimi İsraildən də “otkat” alırmışlar. Deyəsən Əliyevlərin silah alışı adı altında korrupsiya əməlləri İsrailin baş naziri Benjamin Netanyahu-ya da gedib çıxacaq. Rüsvayçılıq.
Fəxrlə deyirdilər ki, İsraildən 5 milyard dollarlıq müasir, yeni, dron-muron alırıq. Sən demə dronla bərabər “otkat” da alırmışlar. İlham Əliyev də bu günlərdə deyir ki, müxalifət bizim baha qiymətə keyfiyyətli silah almağımızı istəmir. Sən demə İsraildən alınan o “bahalı və keyfiyyətli” silah alış-verişinin arxasında da böyük həcmdə “otkat” dayanırmış. İndi bildinizmi cənab Pol Miller uzun müddətdir “Jeruselim post” və “Washinton Times” qəzetlərində niyə cənab Əliyevin yəhudilərə böyük sevgisindən, “radikal müxalifətin Ramiz Mehdiyevlə birləşməsindən” yazırdı?
Şübhəsiz, silah ticarəti tərəfdaşından “otkat” alırsansa, ölkənin müdafiə xərclərindən bir o qədər də cinayət ortağına verməlisən. Qara ticarətin cinayət ortaqlığı qarşılıqlı şəkildə olur. Heç kəs sənə sağ ola görə cinayət ortağı olub milyonlarla “otkat” qaytarmaz. Bunlar ölkənin müdafiə xərclərin min bir oyunbazlıqla basıb yeyiblər, “otkat” alıblar, “otkat” veriblər, indi vətəndaşın “Pikup” avtomobilini yolda saxlayıb “Orduya lazımdır” adı ilə əlindən alırlar. Rusiyadan, İsraildən həcmi milyonlarla ölçülən o “otkat”ları alanda bilmirdiniz orduya “Pikup” maşınları lazımdır?
İkinci yazı isə birinci məqalədə təsvir edilən cinayət əməllərinin birbaşa nəticəsidir. Deməli bu gönlərdə Dağlıq Qarabağın qondarma rejimi parlamentin Şuşaya köçürülməsi haqqında qərar qəbul edib. Bu işə hazırlığın gedişində Şuşanın məskunlaşdırılması işinə başlanılıb. Son partlayış hadisəsindən sonra Livandan bir sıra erməni ailələri Şuşaya göçürülüb. Parlamentin Şuşaya köçürülməsinin dəqiq tarixi də elan edilib. 2022-ci ilin mayı. Yəni Şuşanın işğalının 30-cu ildönümü. Bunun ardınca tədricən digər dövlət orqanlarının da Şuşaya köçürülməsin nəzərdə tuturlar. Yeni paytaxt salırlar. Son seçkinin də inaqurasiyasın təsadüfü Şuşada etmədilər. Ermənilər Şuşanı “tarixi” paytaxta çevirmək kimi təcavüz əməllərini addım-addım həyata keçirəndə, Əliyev və onun korrupsiya rejiminin başı silah alverindən “otkat” almağa qarışmışdı. İndi vətəndaşların zorla əlindən alınan “Pikup” avtomobillərlə Qarabağı azad etməyə hazırlaşır.