Bü gün Nəsimi Rayon Məhkəməsində AXCP Qaradağ Şöbəsinin sədri Elnur Cabbarov və AXCP Təşkilat Şöbəsinin əməkdaşı Ramid Nağıyevin həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlərə baxılıb. Vəkil Azər Rəsulovun Elnur Cabbarov barədə vəsatətinə baxış iclası hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilib.
Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak edib.
Vəkil Aqil Layicin Ramid Nağıyevlə bağlı vəsatətinə isə hakim Babək Pənahov baxıb. Ramid Nağıyevin məhkəmədə iştirakı təmin olunmayıb. Onun saxlandığı 3 saylı İxtisaslaşdırılmış Müalicə müalicə müəssisəsi ilə əlaqə yaradılıb, özünün iştirakı olmadan vəsatətə baxılması barədə razılıq alınıb.
Hər iki vəsatət təmin olunmayıb.
azadlıq.info