Avqustun 20-də Nəsimi rayon məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmovun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəkili Fariz Namazlının verdiyi vəsatətə baxılıb. Hakim Babək Pənahovun sədrliyi ilə keçən prosesdə vəsatət təmin edilməyib. Ayaz Məhərrəmov özü də məhkəmədə iştirak edib. Vəkil məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini bildirib.
Azadlıq.info