Cəbrayıl rayonundan məcburi köçkün ailəsi 11 gündür aclıq aksiyası keçirir. Tələb və şikayətləri dövlət və hakimiyyət orqanlarındandır. Ailənin bildirdiyinə görə bu günə kimi onların aksiyasına reaksiya verən olmayıb. Ailənin üzvü Əliyev Heydər Qabil oğlu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 8 saylı Yol Təmir- Tikinti_ darəsində briqada şəklində təmir-tikinti işləri ilə məşğul olub. Amma 300 mindən artıq pulunu verməyiblər. Əliyev Heybətin bildirdiyinə görə idarənin rəhbəri Şirinov Əlheybət bütün şikayət və tələblərə məhəl qomur. Şikayətçi iddia edir ki, Nərimanov məhkəməsinin hakimi Ramin Quliyev Şirinov Əlheybətin məhkəmə orqanlarına təzyiqini etiraf edərək işə ədalətlə baxmayıb.
Ailənin digər üzvü Hüseynova Gülayə Ələkbər qızı övladının yararsız səhiyənin qurbanı olduğu üşün aksiyaya qoşulduğunu bildirib. Hərbi Hospitalın həkimi Anar Rəhimov onun qızının gözlərini əməliyyat edib. Lakin əməliyyatı düzgün yerinə yetirmədiyi üçün sağlamlığına ciddi zərər dəyib.
Məcburiyyətdən digər həkimə müraciət olunub. Gülayə Hüseynova həkim Anar rəhimovun Paşayevlərin şəxsi həkimi olması səbəbindən şikayətlərinə baxılmadığını da qeyd edib. Nəsimi rayon məhkəməsinə müraciət etsələr də, hakim Rəşid Səmədov onların iddiasını təmin etməyən qətnamə çıxarıb.
Əliyev Heydərin anası Minayə Beydullayeva da ailəyə dəstək üçün aksiyaya qoşulub. Hakimiyyət orqanlarının laqeydliyindən şikayətlənib.
Yaxın günlərdə ailə işğal altında olan vətənlərinə yürüş edəcəklərini elan edib. Onlar minaya düşmə, düşmənə əsir düşmək təklükəsini gözə alaraq bu yürüşü yerinə yetirməkdə israrlı olduqlarını bildiriblər.
azadliq.info