2019-cu il 8 oktyabr tarixdə Milli Şuranın razılaşdırılmış piketi ərəfəsində və piket zamanı polis təzyiqinə məruz qalmış vətəndaşların AXCP tərəfindən əldə olunan məlumatlar əsasında hazırlanan siyahısı:
1. Zamin Salayev – AXCP Salyan şöbəsi, 07.10 tarixdə Salyandan Bakıya 8 oktyabr piketində iştirak üçün gəlib. Yolboyu və Bakı küçələrində mülki geyimli polis tərəfindən izlənib. Oktyabrın 7-dən 8-nə keçən gecə Bakıda taksidə evə gedərkən saxlanılıb Nərimanov rayon 16 saylı polis bölməsinə aparılıb. 09.10 tarixdə məlum olub ki, heç kimin xəbəri olmadan məhkəmə keçirilərək IXM-nin 535.1 maddəsi ilə 15 sutka inzibati cəza verilib və Binəqədi təcridxanasına göndərilib.
2. Elxan Əliyev – AXCP Binəqədi şöbəsi, oktyabrın 7-dən 8-nə keçən gecə Bakıda taksidə evə gedərkən saxlanılıb Nərimanov rayon 16 saylı polis bölməsinə aparılıb. 09.10 tarixdə məlum olub ki, heç kimin xəbəri olmadan məhkəmə keçirilərək İXM-nin 535.1 maddəsi ilə 15 sutka inzibati cəza verilib və Binəqədi təcridxanasına göndərilib.
3. Tofiq Məmmədov – AXCP Nəsimi şöbəsi, etiraz aksiyalarının fəal təbliğatçısı və facebook fəalı, 08.10 tarixdə saat 14 radələrində iki mülki geyimli şəxs tərəfindən iş yerindən (küçə ticarəti) saxlanılaraq Yasamal rayon polis idarəsinə aparılıb. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
4. Müşfiq Quliyev – AXCP Qaradağ şöbəsi, 08.10 tarixdə saat 15 radələrində İçərişəhər metrosu ilə BŞİH arasındakı ərazidə saxlanaraq Səbail Polis şöbəsinə aparılıb. Bir neçə saatdan sonra izahat alınaraq sərbəst buraxılıb.
5. Elnur Cabbarov – AXCP Qaradağ şöbəsinin sədri, 8 oktyabr piketinin təşkilatçılarından biri, 08.10 tarixdə səhər saat 11 radələrində evinin qarşısında saxlanaraq Abşeron polis şöbəsinə aparılıb, saat 15.30-da sərbəst buraxılıb.
6. Nemət Abbasov- AXCP Gənclər Komitəsinin fəalı, 08.10 tarixdə saat 15 radələrində BŞİH qarşısındakı piket ərazisində polis tərəfindən saxlanılıb Səbail rayon 9-cu polis bölməsinə aparılıb. Bir neçə saatdan sonra protokol tərtib edilib və imzaladaraq sərbəst buraxılıb. 09.10 tarixdə Səbail rayol məhkəməsi 60 manat məbləğində cərimə qərarı verib.
7. Nurəddin Məmmədli – AXCP Ali Məclis sədri, 08.10 tarixdə saat 15.10 radələrində BŞİH-nə gedən yolda, Sabir bağı ərazisində polis tərəfindən saxlanaraq Səbail rayon 9-cu polis bölməsinə aparılıb, həmin gün saat 17.30-da sərbəst buraxılıb.
8. Taleh Xasməmmədov – Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus, 08.10 tarixdə tarixdə saat 15 radələrində BŞİH qarşısındakı piket ərazisinə yaxın Sabir bağında polis tərəfindən saxlanılıb və Səbail rayon 9-cu polis bölməsinə aparılıb, həmin gün saat 17 radələrində sərbəst buraxılıb.
9. Cəmil Hacıyev – hüquq müdafiəçisi, ictimai fəal, 08.10 tarixdə tarixdə saat 15 radələrində BŞİH qarşısındakı piket ərazisinə yaxın Sabir bağında polis tərəfindən saxlanılıb və Səbail rayon 9-cu polis bölməsinə aparılıb, həmin gün saat 17 radələrində sərbəst buraxılıb.
10. Səbuhi Məmmədov- piketi müşahidə edən sıravi vətəndaş, 08.10 tarixdə tarixdə saat 15 radələrində BŞİH qarşısındakı piket ərazisində saxlanılıb və Səbail rayon 9-cu polis bölməsinə aparılıb, həmin gün saat 17 radələrində sərbəst buraxılıb.
11. Zülfiyyə Ələsgərova – sıravi vətəndaş, piketi müşahidə edən, 08.10 tarixdə tarixdə saat 15 radələrində BŞİH qarşısındakı piket ərazisində qadın polislər tərəfindən vəhşicəsinə rəftar edilərək saxlanılıb və Səbail rayon 9-cu polis bölməsinə aparılıb, həmin gün saat 17.30 radələrində sərbəst buraxılıb.
12. Asudə Ələsgərova- sıravi vətəndaş, piketi müşahidə edən, 08.10 tarixdə tarixdə saat 15 radələrində BŞİH qarşısındakı piket ərazisində saxlanılıb və Səbail rayon 9-cu polis bölməsinə aparılıb, həmin gün saat 17.30 radələrində sərbəst buraxılıb.
13. Elsevər Qəribov – ADR Hərəkatı Binəqədi rayon təşkilatı, 08.10 tarixdə saat 15 radələrində BŞİH qarşısındakı piketdə saxlanılıb və Səbail rayon 39-cu polis bölməsinə aparılıb. Bir neçə saatdan sonra protokol tərtib edilib və imzaladaraq sərbəst buraxılıb. 09.10 tarixdə Səbail rayol məhkəməsi 50 manat məbləğində cərimə qərarı verib.
14. Nicat Abdullayev – AXCP Ali Məclis üzvü, 08.10 tarixdə saat 16 radələrində küçədə Axundov bağı ərazisində saxlanaraq polis maşınında Səbail rayon 9-cu polis bölməsinə aparılıb. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
15. Aslan Həmidli – Gələcək Azərbaycan Partiyasının sədrinin səlahiyyətli nümayəndəsi, 08.10 tarixdə saat 15 radələrində piketin keçirildiyi ərazidə polis tərəfindən zorakılıq tətbiq edilərək saxlanılıb və Səbail rayon polis idarəsinə aparılıb, profilaktik söhbət edlərək bir müddətdən sonra sərbəst buraxılıb.
16. Pərviz Həşimov – AXCP Sabunçu şöbəsi, 08.10 tarixdə BŞİH qarşısında keçirilən piketdə polis tərəfindən saxlanıb, Səbail polis idarəsinə aparılıb, bir müddətdən sonra sərbəst buraxılıb.
17. Süleyman Məmmədəminli – AXCP Şəki şöbəsi, 08.10 tarixdə saat 16 radələrində BŞİH qarşısında keçirilən piket ərazisində, İçərişəhər metrosu tərəfdə saxlanılıb. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
18. Elşən Abdullayev – AXCP Mingəçevir şöbəsinin sədri, 08.10 tarixdə saat 15 radələrində BŞİH qarşısında keçirilən piket ərazisində polis tərəfindən saxlanılıb, yerindəcə səbəbsiz yerə protokol tərtib olunub və imzalatdırılaraq bir müddətdən sonra sərbəst buraxılıb.
19. Qadir Xudabaxşıyev – AXCP Mingəçevir şöbəsi, Qarabağ müharibəsi qazisi, 08.10 tarixdə saat 15 radələrində BŞİH qarşısında keçirilən piket ərazisində polis tərəfindən saxlanılıb, yerindəcə protokol tərtib olunub və imza edildikdən bir müddət sonra sərbəst buraxılıb.
20. Ceyhun Rzayev – AXCP Mingəçevir şöbəsi, Qarabağ müharibəsi qazisi, 08.10 tarixdə saat 15 radələrində BŞİH qarşısında keçirilən piket ərazisində polis tərəfindən saxlanılıb, yerindəcə protokol tərtib olunub və imza edildikdən bir müddət sonra sonra sərbəst buraxılıb.
21. Paşa Dadaşzadə – AXCP Binəqədi şöbəsi, 08.10 tarixdə saat 15.30 radələrində BŞİH qarşısında keçirilən piket ərazisində polislər tərəfindən saxlanılıb. Bir müddətdən sonra sərbəst buraxılıb.
22. Rövşən Kazımov – AXCP İmişli şöbəsi, Qarabağ müharibəsi qazisi, 2-ci qrup əlil, 08.10 tarixdə saat 15.00 radələrində BŞİH qarşısında keçirilən piket ərazisində polislər tərəfindən saxlanılıb və Səbail rayon polis idarəsinə aparılıb. Axşam saat 18 radələrində sərbəst buraxılıb.
23. Fəxri Kazımov – AXCP İmişli şöbəsi, 08.10 tarixdə səhər saatlarında İmişlidən Bakıya (8 oktyabr aksiyasında iştirak etmək üçün) gedən yolda maşında saxlanaraq İmişli polisinə aparılıb, saat 15.30 radələrində sərbəst buraxılıb.
24. Siyab Sarıyev – AXCP İmişli şöbəsi, 08.10 tarixdə səhər saatlarında İmişlidən Bakıya (8 oktyabr aksiyasında iştirak etmək üçün) gedən yolda maşında saxlanaraq İmişli polisinə aparılıb, saat 15.30 radələrində sərbəst buraxılıb.
25. Teymur Fərəcov – AXCP İmişli şöbəsi, 08.10 tarixdə səhər saatlarında İmişlidən Bakıya (8 oktyabr aksiyasında iştirak etmək üçün) gedən yolda maşında saxlanaraq İmişli polisinə aparılıb, saat 15.30 radələrində sərbəst buraxılıb.
26. Ayaz Əmənov – AXCP İmişli şöbəsi, 08.10 tarixdə səhər saatlarında İmişlidən Bakıya (8 oktyabr aksiyasında iştirak etmək üçün) gedən yolda maşında saxlanaraq İmişli polisinə aparılıb, saat 15.30 radələrində sərbəst buraxılıb.
27. Atəş Hüseynov- AXCP Masallı şöbəsi, 08.10 tarixdə saat 15.00 radələrində BŞİH qarşısında keçirilən piket ərazisində polislər tərəfindən saxlanılıb və Səbail rayon polis idarəsinə aparılıb. 3 saatdan saatdan sonra xəbərdarlıq protokolu tərtib edilərək sərbəst buraxılıb.
28. Tərlan Nəzərov – AXCP Masallı şöbəsi, 08.10 tarixdə saat 15.00 radələrində BŞİH qarşısında keçirilən piket ərazisində polislər tərəfindən saxlanılıb və Səbail rayon polis idarəsinə aparılıb. 3 saatdan sonra xəbərdarlıq protokolu tərtib edilərək sərbəst buraxılıb.
29. Azər Daşdəmirli – AXCP Masallı şöbəsi, 08.10 tarixdə saat 15.00 radələrində BŞİH qarşısında keçirilən piket ərazisində polislər tərəfindən saxlanılıb və Səbail rayon polis idarəsinə aparılıb. 3 saatdan sonra xəbərdarlıq protokolu tərtib edilərək sərbəst buraxılıb.
30. 08.10 tarixdə saat 15.00 radələrində BŞİH qarşısında keçirilən piket ərazisində polislər tərəfindən saxlanılıb Səbail rayon 9-cu polis bölməsinə aparılan, bir neçə saatdan sonra protokol tərtib edilərək sərbəst buraxılan piketi müşhidə etməyə gəlmiş sıravi vətəndaşlardan daha 6 nəfər adam 09. 10 tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə 50-70 manat məbləğində cərimə olunublar. Həmin adamların adlarını öyrənmək mümkün olmayıb.