Oktyabrın 9-da Bakının Nərimanov rayon Məhkəməsi Azərbaycan Xalqı Cəbhəsi Partiyasının (AXCP) fəalları Elzamin Salayev və Elxan Əliyevi 15 sutla inzibati həbsə məhkum edib.
AXCP-nin məlumatına görə, partiya fəalları Milli Şuranın 8 oktyabrda keçirdiyi piketdən bir gün öncə gecə taksidə evə gedərkən saxlanılıb,
“Bu gün məlum olub ki, Nərimanov rayon Məhkəməsi heç kimin xəbəri olmadan proses keçirib və hər birinə saxta ittihamla İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polzisin qanuni tələbinə tabe olmamaq) ilə 15 sutka həbs verib,” məlumatda qeyd edilir.