Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yaydığı videogörüntülərdə əks olunan məlumatların araşdırılması üçün Baş prokuror tərəfindən Bakı şəhər prokurorluğuna göstəriş verilib.
Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq”a göndərdiyi məlumatda qeyd edir. Məlumatda deyilir ki, müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq və ictimaiyyətə əlavə məlumat veriləcək.