“Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək” İctimai Birliyi Bakı şəhər Prokurorluğunda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin açılması və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı hakimiyyət mediasında böhtan xarakterli kampaniyanın aparılması ilə bağlı bəyanat verib. Qeyd olunan ictimai birlikdən gozetci.az portalına daxil olan bəyanatda deyilir: “Bu cinayət işinin başlanılması ölkə vətəndaşlarının, ziyalıların, Qarabağ müharibəsi veteranlarının, həmçinin xalqını azad və xoşbəxt görmək istəyən, demokratiya uğrunda mübarizə aparan siyasi xadimlərin, vətəndaş cəmiyyəti fəallarının kəskin etirazlarına səbəb olub. Hafiz Hacıyev kimilərinin Azərbaycan Milli Azadlıq Hərəkatının əvəzsiz lideri, demokratiyanın tarixinə adı qızıl hərflərlə yazılacaq Əbülfəz Elçibəyin adının dilinə gətirməsi, Milli Azadlıq Hərəkatına və Azərbaycan xalqına hörmətsizlikdir. Əli Kərimli Əbülfəz Elçibəyin amansız və qəddar sovet rejimi dövründə başladığı Milli Azadlıq Hərəkatının öncüllərindən biri olmaqla bərabər, Milli Azadlıq Hərəkatının genişlənməsində Azərbaycan gənclərinin mübarizəyə cəlb edilməsində və qələbəsinə qədərki çətin, ağır bir dövrdə xidmətləri misilsizdir. Xalqımız bu tarixi dövrü yaxşı bilir. Əli Kərimliyə qarşı bu çirkin siyasətin idioloqları və sifarişciləri Milli Azadlıq Hərəkatının qələbəsini görə bilməyənlər, həmin dövrdə Kommunist Partiyasına üzv olmaq ücün Azərbaycanı satmaq və xalqı əzməyə hazır olmaqla yanaşı əlverişli məqam gözləyirdilər ki Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi, Əli Kərimlini və bütün fəalların siyahısını Moskvaya verib, onların Sibirə sürgünə göndərilməsin Moskva qarşısında müqəddəs öhdəlik hesab edirdilər.
Əli Kərimli Əbülfəz Elçibəyin prezdentliyi dövrdə dövlət katibi kimi mühüm vəzifəyə təyin olunmuş və onun vəfatından sonra isə AXCP-nin sədri seçilməklə öz bacarıq və istedadı ilə Azərbaycan xalqının ürəyinə yol tapıb”.
“Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək” İctimai Birliyinin rəhbəri Oqtay İsgəndərli hesab edir ki, Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətin Əli Kərimliyə qarşı əsassız bir işin başlaması artıq dünya mediasında kəskin tənqid edilməsi ilə yanaşı gülünc hədəfinə çevrilib: “Bu gün Azərbaycanda siyasi karyerası iflasa uğramış və bir qarın dolusu çörək yeməyə həsrəti ilə yaşayan insanların marağını təmin etməklə, bu çirkin siyasi oyuna cəlb etmək hakimiyyət üçün problem deyil. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna hörmətsizlik etmək, müxalifət liderlərini şər və böhtanla neytrallaşdırmaq Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Dünyanın sivil dövlətlərində müxalifət hakimiyyətin güzgüsü hesab edilir. Mən insan haqlarının müdafiəçisi kimi heç bir siyasi qurumu müdafiə etmirəm. Tutduğum haqq yoludur, bu yolla sona qədər gedəcəm. Xalqımızın xoşbəxtlik təminatının qarantı hakimiyyətdir. Əgər xalq bu təminatdan məhrum olnursa, bu təminatın qarantı xalqın inamını qazanmış müxalifət olur. Dünyanın aparıcı dövlətləri bütün beynalxalq təşkilatlar Azərbaycanda demokratik mühüti yaradılmasına, demokratik islahatların keçirilməsinə cağrış edir. Bu gün Azərbaycan xalqını bir sual düşündürür. Prezdent seçkilərinə bir il qalmış Əli Kərimliyə qarşı böhtan kampaniyasının başlanmasında məqsəd nədir? Birinci prezdent seçkilərində Əli Kərimliyə cinayət işi qaldırmaqla onun seçkidə iştirak etməsinə qadağanı qanunlaşdırmaq, ikinci Azərbaycan xalqının Əli Kərimliyə və müxalifət liderlərinə olan inamını öldürəməkdir.”.
Hakimiyyətin Əbülfəz Elçibəyin adından istifadə edərək opponentlərinə qarşı təzyiq və təqiblər etməsini pisləyən O.İsgəndərli hakimiyyəti bu hərəkətlərinə son qoymağa çağırdığını bildirdi.
Gozetci.az