London Olimpiadasında boks üzrə yarışlarda şübhəli vasitələrlə qələbə qazanmaq istəyinə görə Azərbaycan Boks Federasiyasının cəzalandırılması dünya mediasının əsas xəbərlərindən birinə çevrilib.
Qərbin, eləcə də Rusiya və Türkiyənin aparıcı qəzet və xəbər saytları sonradan qələbəsi ləğv olunan boksçumuz Məhəmməd Əbdülhəmidovu qalib elan etdiyi üçün Türkmənistandan olan referi Işanquli Meretniyazovun London Olimpiadasından kənarlaşdırılması haqda məlumatları tirajlayıb. Türkiyənin aparıcı qəzetləri ilə yanaşı, TRT də Azərbaycanın adının hallandığı rüşvət qalmaqalı barədə reportaj yayımlayıb.