Tədbirin keçirildiyi ərəfədə yarımstansiyada qəza baş verib
Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirildiyi ərəfədə bir neçə rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada qəza baş verib.
Qəzetimizə daxil olan məlumata görə, nəticədə Qəbələ, Ismayıllı və ətrafda olan bir neçə rayon bir gün işıqsız olub. Qəza festivalın keçirilməsinə əngəl olmasa da, təşkilatçılar olaydan ciddi narahat olublar. Bildirilir ki, Azərbaycan hökumətində, xüsusilə Qəbələnin qeyri-kuratoru fövqəladə hallar naziri hesab edir ki, bu, təxribatdı. Ona görə də hadisənin ciddi şəkildə araşdırılmasına başlanılıb. Hadisənin ictimaiyyətdən gizlədilməsi də bu araşdırmalarla izah edilir.
Informasiya şöbəsi