Suriya Türkiyədən qisas almaq fikrindədir
Devriləcəyi an məsələsi olan Suriya diktatoru Bəşər Əsəd ona qarşı beynəlxalq koalisiyada yer alan Türkiyədən qisas almağı planlaşdırır. O, atası Hafiz Əsədin ölümündən sonra Suriya-Türkiyə sərhədindəki PKK düşərgələrini bağlamasından 13 ildən sonra onların fəaliyyətini yenidən bərpa edib.
Bəşər Əsəd Türkiyənin kürdlərin kompat yaşadığı bölgələr Şanlıurfanın Suruç, Mardinin Nusaybin və Suriya ilə sərhəddəki Hata vialyətinə yaxın Qamışlı, İdlib və Ayn Al Ərəb (Kobane) bölgələrində PKK düşərgələrin salınmasına icazə verib. O, bununla da kifayətlənməyib, terrorçu Fehman Hüseynlə təşkilata xəbər göndərərək, onların fəaliyyətini maliyyələşdirəcəyini bildirib.