Rusiyanın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Vladimir Safronkov ABŞ-dan iyunun 1-dəki sanksiya qərarı ilə bağlı izahat istəyir.
O, Rusiyanın 3 şirkətinə və bir vətəndaşına qarşı sanksiyanın hansı səbəbdən tətbiq edildiyinə aydınlıq gətirilməsini tələb edir.
“İyunun 1-də ABŞ Maliyyə Nazirliyi Şimali Koreyaya qarşı sanksiyaları genişləndirilib. Və onun təsirinə bizim üç şirkətimiz və bir vətəndaşımız da düşüb. Bu addım bizdə böyük məyusluq yaradır. ABŞ tərəfinin izahatını eşitmək istərdik”, – deyə səfir Safronkov bildirib.
Gültəkin