MTN-nin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev istintaqa ifadə verəndən beş gün sonra özünü asıbmış. Antiterror Mərkəzinin sabiq rəisi, həbsdə olan general Elçin Quliyev və onun işçisi olmuş Azər Mehdiyev haqqında cinayət işinin materiallarından belə məlum olur.
İş materiallarında generalın müavini olmuş mərhum İlqar Əliyevin də ifadəsi var. Həmin ifadə 2015-ci il dekabrın 15-də alınıb. Dekabrın 20-də isə MTN polkovniki Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edib.
İlqar Əliyev hazırda iş üzrə zərərçəkmiş qismində tanınan Maqsud Mahmudovdan MTN-də 120 min dollar pul alındığını, həmin məbləğin də 70 mininin nazir Eldar Mahmudova, 10 min dolların da özünə çatdığını etiraf edib.
“50 MİN AZDIR, 200 MİN VERMƏLİDİR”
Mərhum polkovnikin ifadəsinə görə, Maqsud Mahmudov Mark Şamilov adlı birinin şikayəti əsasında MTN-ə çağrılıb. Şamilov şikayətlənib ki, bu adam onun torpağını zəbt edib.
Bu məsələ Antiterror Mərkəzinin rəisi Elçin Quliyevə məruzə olunandan sonra belə qərara alınıb ki, Maqsud Mahmudovla bağlı məsələ elə həmin Mərkəzin əməkdaşı Azər Mehdiyevə həvalə olunsun. Mehdiyev onu MTN-ə gətirdəndən sonra bəlli olub ki, Maqsud Mahmudov MTN-in ehtiyatda olan zabiti Ayaz Gərayzadənin tanışıdır.

Mənə dedilər ki, Azər Mehdiyev otağında Maqsuda hədə-qorxu gəlib. O da qorxudan qusub. Bundan sonra Azərin otağına getdim, Maqsudu orada gördüm. Bir az keçəndən sonra Azər yanıma gəlib dedi ki, Maqsud 50 min dollar verməyə razıdır. Mən də bunu idarə rəisi Elçin Quliyevə məruzə etdim. O isə bildirdi ki, 50 min azdır, 200 min verməlidir. Mən də bu cavabı Azərə dedim, getdi. Bir qədər sonra Azər qayıdıb dedi ki, 150 min dollara razıdır, bundan artıq pulu yoxdur. Yenə gedib Elçin Quliyevə dedim. O da elə mənim yanımda nazirə məruzə eləyib dedi ki, 150 min verə bilər. Nazir də razılıq verdi. Bu razılıqdan sonra Maqsud Mahmudovun MTN-dən çıxmasına icazə verildi”, – İlqar Əliyevin ifadəsində belə yazılıb. PULLAR NECƏ BÖLÜŞDÜRÜLÜB Mərhum polkovnikin sözlərinə görə, Maqsud Mahmudov iki ay ərzində bir neçə dəfəyə ümumilikdə 120 min dollar pul gətirib Azər Mehdiyevə verib. Mehdiyev də pulları İlqar Əliyevə çatdırıb. Buna da bax: ‘Şərurlu İsfəndiyar’: ‘Yazıb-oxuya bilmirəm…’ İfadədə o da qeyd olunub ki, Maqsud Mahmudov bəzən pulu vaxtında çatdıra bilməyəndə əvəzində ehtiyatda olan MTN əməkdaşı Ayaz Gərayzadə vasitəsilə qızıl-zinət əşyaları göndərirmiş. İlqar Əliyevin söylədiyinə görə, o, həmin əşyaları Gərayzadəyə qaytarıb, deyib ki, pul gətirsin: “Təxminən iki ay ərzində 120 min gətirəndən sonra bunu mən Elçin Quliyevə, o da nazirə məruzə elədi. Nazir həmin puldan 70 minin köməkçisi Vüqar Mahmudova (Eldar Mahmudovun köməkçisi, həm də öz əmisi oğludur-red.) verilməsini, qalan 50 minin idarə daxilində bölünməsini istədi. 50 minin 20 minini Elçin Quliyev özünə götürdü, 10 min mənə, 10 mini öz aralarında bölmələri üçün Azər Mehdiyev və Ramil Hümbətova verdi. Qalan 10 minin isə şikayətçi Mark Şamilova çatdırılmasına göstəriş verdi”. (azadliq.org)