İlham Əliyevin qudası ilə PA rəhbəri niyə bir-birlərinə salam vermir?
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə ölkə başçısı Ilham Əliyevin qudası, iş adamı Araz Ağalarov arasında ziddiyyətlər yaranıb. Bu barədə qəzetimizə hakimiyyətə yaxın mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, PA rəhbəri ilə Araz Ağalarovun münasibətləri o qədər kəskindir ki, hətta bir-birlərilə üzə gələndə salamlaşmırlar. Mənbə bildirib ki, adıçəkilən şəxslər arasında ziddiyyətlərin yaranmasının kökündə Araz Ağalarovun Rusiya mətbuatına müsahibəsi (Iş adamı həmin müsahibəsində Ilham Əliyevlə necə qohum olmasından danışıb) və Ramiz Mehdiyevin nəzarətində olan KIV-lərinə buna sərt reaksiya verməsi dayanır. PA rəhbərinin nəzarət etdiyi KIV-lərin Araz Ağalarovu tənqid etməsi iş adamının Ramiz Mehdiyevə qarşı münasibətini kəskin dəyişib. Münasibətlər eks-prezident Ayaz Mütəllibovla bağlı məsələdə daha da kəskinləşib. Məlumatlara görə, Araz Ağalarovla Ayaz Mütəllibovun əvvəldən isti münasibətləri olub. Iş adamı Əliyevlərlə qohum olduqdan sonra eks-prezidentin Azərbaycana dönməsi istiqamətində fəal iş aparıb. Mənbənin sözlərinə görə, Ayaz Mütəllibova oğlunun dəfnində iştirak üçün ölkəyə gəlməsinə icazə verilməsi və sonradan ona eks-prezident statusu verilməsi məhz Araz Ağalarovun səylərinin nəticəsidir.
Hikmət