“Azəryolservis”in şefi oğlunun adına olan biznes strukturlarını başqa şəxslərin adına keçirib
“Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovla nəqliyyat naziri Ziya Məmmədovun münasibətlərində sərinlik yaranıb. Məlumatlara görə, artıq bir müddətdir ki, adıçəkilən məmurlar arasında gizli savaş gedir. Ziya Məmmədovun vaxtilə ən etibar etdiyi adama indi soyuq münasibət sərgiləməsinin səbəbi isə Cavid Qurbanovun populyarlığı ilə bağlıdır. Məsələ burasındadır ki, Ziya Məmmədov tabeliyində olan şəxslərdən kiminsə populyarlığını, özünü gözə soxmaqla nüfuz qazanmasını qəbul edə bilmir. Cavid Qurbanov isə bu məsələdə həddi aşıb. Bu gün Cavid Qurbanov Ziya Məmmədovun müavinlərindən də populyar məmurdur. Hətta o populyarlığı və nüfuzu ilə bəzi nazirləri də gölgədə qoyur. Bu baxımdan Ziya Məmmədov onu özünə potensial rəqib kimi görməyə başlayıb. Hazir düşünür ki, Cavid Qurbanov bu gedişlə onun postuna əyləşə bilər. Bildirilir ki, Cavid Qurbanov da Ziya Məmmədovun ona qarşı hansı planlar həyata keçirəcəyindən ehtiyatlanaraq qabaqlayıcı tədbirlər görməyə başlayıb. “Azəryolservis”in şefi ilk olaraq oğlunun adına biznes strukturlarını başqa şəxslərin adına keçirib. Oğlunu ümumiyyətlə biznes sahəsindən uzaqlaşdıraraq İstanbulda konsul təyin elətdirib. Cavid Qurbanov düşünür ki, Ziya Məmmədov hansısa vasitə ilə onun biznesini ələ keçirə bilər. Biznes strukturlarının başqa şəxslərin adına keçirilməsi isə nəqliyyat nazirindən gözlənilən bu təhlükəli addımın qarşısını almaq üçün ən yaxşı variantdır.
Hikmət