ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Finlandiya görüşə bilər.
Finlandiya hökuməti görüşün təşkili üçün təşəbbüs irəli sürüb.
Ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Aleksi Xərkonen bildirib ki, əgər beynəlxalq durum imkan versə, görüş 2017-ci ilin mayında baş tutacaq. Həmin vaxt Finlandiya Arktika Şurasına sədrlik edəcək.
Arktika Şurasına Finlandiya ilə yanaşı, Rusiya, ABŞ, Kanada, Danimarka, İslandiya, Norveç və İsveçrə də daxildir.
Qeyd edək ki, mətbuat gələn il yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimindən sonra Trampın Rusiyaya səfər edəcəyini də yazır.
Gültəkin