Korrupsiya skandalı ilə əlaqədar Cənubi Koreya prezidenti Pak Kın Xenin impiçmentinə səsvermənin keçiriləcəyi rəsmi tarix parlament tərəfindən təyin edilib. Anonim səsvermə cümə günü 9 dekabrda keçiriləcək.
Prezidentin impiçmenti üçün 300 deputatdan 200-ü leyhinə səs verməlidir. Sonra isə qərarı Konstitusiya Məhkəməsi təsdiq etməlidir. Bu da 180 gün çəkə bilər.