Vəkildən 300 minlik qalmaqala cavab
“Sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov istintaqa elə ifadə verməyib”.
Bu sözləri Ə.Abbasovun vəkili Kamandar Nəsibov deyib. O bildirib ki, yyaılan ifadə uydurmadır: “Bu, həqiqətə uyğun deyil. O Əli Abbasovun ifadəsi deyil. Dünən də məhkəmədə Vidadi Zeynalovun təkidi ilə onun vəkilləri çox söz danışıblar. Hamısı da uydurma bir şeylərdir”.
Xatırladaq ki, dünən mətbuatda sabiq nazir Əli Abbasovun ibtidai istintaqa verdiyi ifadə yayılıb. İş üzrə şahid qismində dindirilən Ə. Abbasov özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirib. Onun aylıq 300.000 manata yaxın vəsait xərcləməsi isə cəmiyyətdə müzakirələrə səbəb olub. (BakiPost.az)