Bakı əhalisinin 86 %-i öz şəxsi mənzilində yaşayır. Bu barədə «ACT Azərbaycan» şirkətinin 11-14 sentyabr tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrində bildirilir.
Sorğuda iştirak etmiş respondentlərin 8 %-i kirayədə yaşadığını, 3% isə dost-tanış evində sığınacaq tapdığını bildirir. Sorğuda iştirak edənlərin daha 3%-i ipoteka krediti ilə aldıqları evdə yaşadığını bildirib.
Kirayə mənzildə yaşayan respondentlərin 59 %-i aylıq əsasən 200-400 AZN ödəniş edir. 31 % respondentin kirayə haqqı üçün ayırdığı vəsait 200 AZN-ə qədərdir. 400-600 AZN arası kirayə haqqı ödəyənlər sorğuda 2 % təşkil edib.
Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.