ABŞ prezidenti Barak Obama prezidentlik müddəti başa çatandan sonra gələcəyini Silikon vadisi ilə bağlayacaq. Bu barədə The New York Times qəzeti yazır.
Barak Obama fondunun əməkdaşları Ağ Evin hazırkı rəhbərinin sonra addımlarını planlaşdırmaq üçün ötən il Silikon vadisinə 10 dəfə səfər edib.
Obama Ağ Evdən Silikon vadisinə gedəcək ilk adam olmayacaq. 2008-ci ildə Obamanın seçki kampaniyasının “memarı” Devid Pluff hazırda Uberdə, prezidentin keçmiş mətbuat katibi Cey Karni isə Amazon-da işləyir.
Bundan başqa da Ağ Evdən silikon vadisinə gedənlər olub. Bill Klinton administrasiyasının əməkdaşı Kris Lieyn da Airbnb-da çalışır.
Klintonun keçmiş mətbuat katibi Mett MakKenna Silikon vadisinin siyasət veteranları üçün qocalar evi rolunu oynadığını deyib.
Mett MakKenna özü də Uber-də çalışır.
azadlıq.info