Dünən vəkil Əsabəli Mustafayev 1 saylı Bakı İstintaq Təcridxanasında AXCP Gənclər Komitəsinin fəalı “gülənçi” ittihamı ilə həbs olunmuş Fuad Əhmədli ilə görüşüb. Bu barədə vəkil özünün feysbuk səhifəsində məlumat verib. “İstintaq təcridxanasında Fuad Əhmədli ilə görüşdüm. İsrarla tapşırdı ki, onun adından bütün dostlarını salamlayım. Təəssüf ki, zəng etməyə qadağa qüvvədə qaldığı üçün özü dostlarını slamlaya bilmir. Ruhən möhkəmdir, çox təəssüf səhhətindəki problemlər ciddiləşib. Dünən yenə tibbi müayinədən keçib, o cümlədən rentgen müayyinəsindən.Ümüdvar olmaq istəyirəm ki, bununla bağlı görülən tədbirlər müsbət nəticə verəcəkdir”,- deyə vəkil bildirib.