Bu gün səhər saatlarında Nərimanov rayonu ərazisində Fətəli xan Xoyski 98A ünvanında “Sovetski” ərazisindən köçürülmüş sakinlərin problemləri ilə bağlı məlumat vermişdik. Məsələnin vaxtında müsbət həll olunması üçün Nərimanov rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, onların da mövqeyini öyrəndik. İcra Hakimiyyətindən əməkdaşımıza bildirilib ki, Azadliq.info-da hadisədən xəbər tutan kimi həmin əraziyə material və ustalar göndərilib.
Əməkdaşımız həmin ünvana yaxın yaşadığından şikayətçi sakinlər problemin necə həll olunmasını yenidən məmurların nəzərinə çatdırmağı istəyiblər. Məlum olub ki, bir-iki kiloqram bitimum gətirib, elə vətəndaşın evində əridib dama yaxıblar. Elə problemi də bununla həll olunmuş sayıblar. Amma mənzillərə dəymiş ziyan barədə heç maraqlanan olmayıb.
Yenidən yağış yağmağa başlayıb. Sakinlər isə təlaş içindədir. Yenidən evlərinə su dammayacağına inamları azdır.