Azad medianın, hüquq müdafiçilərinin, diplomatik korupusun, beynəlxalq təşkilatların diqqətinə
Bu gün səhər AXCP Sabirabad şöbəsinin funksioneri həbsdə saxlanan Sahib Rüstəmlinın oğlu Rail Rüstəmli saxlanmışdır.
Polis onu rəsmi çağırış olmadan evdən aparıb. Rail barədə ciddi narahatıq. Çünki, o neçə gün idi, hüquq mühafizə orqanları tərəfindən sərt formada hədələnirdi. Ölkədə dıktatura xofu güclənməsin deyə Rail onları ictimailəşdirməyib, lakin onların bir çoxu qeydə alınıb saxlanılır.
Rail nə üçün hədəfdi?
Bir: o bir cəbhəçidir və atasının haqsız həbsinə etiraz edirdi. Sosial şəbəkədə öz və atasının da profilindən istifadə edərək zülmə etiraz edirdi.
İki: Rail atasının günahsız həbsinin hüquqi davasın aparırdı bu işi məhkəməyə (apelyasiya şikayəti) hazırlayırdı. Bütün bundan xəbərdar olan yerli polis ona açıq təhdidlər yağdırırdı; sakitləşməsə həbs və başqa tədbirlər görüləcəyini bildirirdi.
AXCP indi Rail Rüstəmova işgəncə tətbiq olunmasından narahatdır.
Bütün təşkilat və şəxslərdən bu kobud anti-insani hərəkəti diqqətdə saxlamaq xahiş edilir.