Bu gün İctimai Palatanın Quba şöbəsinin təsis konfransı keçirilib. İctimai Palatanın regional təşkilatlanma komissiyasının üzvü Hüseyn Məlikin verdiyi xəbərə görə, Quba rayonunda keçirilən təsis konfransında 100-ə yaxın adam iştirak edib (musavat.com).
İctimai Palatanın Quba şöbəsinin yaradılmasında Müsavat Partiyasının, AXCP-nin, Vətəndaş Həmrəyliyi Partiyasının, Liberal Partiyasının, Demokratik Azərbaycan Dünyası Partiyasının yerli təşkilatlarının üzvləri, həmçinin QHT-lərin nümayəndələri və bitərəflər iştirak ediblər. 10 nəfərdən ibarət əlaqləndirmə şurası yaradılıb.
İctimai Palatanın Quba şöbəsi konfransında 1 mart Quba hadisələrindən sonra repressiyaya məruz qoyularaq həbs edilən şəxslərlə bağlı müdafiə komitəsi yaradılıb. Eyni zamanda Quba hadisələrindən sonra günahsız həbs olunanların azadlığa buraxılması tələbi ilə bəyanat qəbul edilib.
Yerli hakimiyyətin və hüquq mühafizə orqanlarının konfransın işinə müdaxiləsi olmayıb.
Konfransda İctimai Palatanın regional təşkilatlanma komissiyasının üzvləri Hüseyn Məlik və Azər Canıyev qonaq qismində iştirak ediblər.