Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində ölkəmizi bu turnirdə təmsil edən “Qəbələ” də növbəti oyununa çıxıb. Roman Qriqorçukun komandası Sloveniyada “Maribor”un qonağı olub. Bakıda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan “Qəbələ” cavab oyununda 1-0 hesabı ilə məğlub olsa da, ardıcıl ikinci il qrup mərhələsində çıxış etmək imkanı qazanıb.
Qol: Tavares, 66 (1:0)
***
Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
İlk olaraq təmsilçimiz “Qarabağ” meydana çıxıb.
Ağdam klubu Bakıda “Göteborq”u (İsveç) qəbul edib.
Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası öz meydanında 3-0 hesabı ilə qalib gələrək tarixində 3-cü dəfə qrup mərhələsinə vəsiqə qazanıb.
“Qarabağ” (Azərbaycan) – “Göteborq” (İsveç) – 3:0 Qollar: Rəşad Sadıqov, 19 (1:0), Muarem Muarem, 26 (2:0), Dani Kintana, 51 (3:0)