Suriya höküməti Annan planının yerinə yetirilməsi üçün vaxt istəyib. Planın icrasına 10 apreldə başlanılacaq. Bu vaxtacan rəsmi Dəməşq planın müəyyən hissəsini yerinə yetirməyə hazırdır. 6 bənddən ibarət plan atəşkəsin təmin edilmnəsini, qoşunların şəhərlərdən çıxarılmasını, humanitar yardımın çatdırılmasını ehtiva edirdi. BMT-də Suriya hökümətinin verdiyi sözə şübhə ilə yanaşırlar. ABŞ-ın BMT-dəki səfiri Syuzan Rays çıxış edərək deyib ki, “Dəməşq əvvəllər də söz verib, amma yerinə yetirməyib”. Kofi Annan bildirib ki, Suriya höküməti müxalifətin tərkisialah olmaması halında çəkilmək fikrində deyil.
Bazar günü 83 ölkənin İstanbulda keçirdiyi “Suriyanın dostları” toplantısında Suriya probleminin həlli üçün konkret vaxtın müəəyyənləşəcəyi bildirilmişdi.
azadliq.info