Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) həbslər başlayıb. Bu barədə milaz.info portalına Müdafiə Nazirliyindəki mənbə eksklüziv olaraq məlumat verib. Məlumatda bildirilir ki, həbslər hərbi məktəbin ərzaq təminatı hissəsində aparılıb. Məktəbin baş aşbazının saxlanıldığı xəbəri var. Bildirilir ki, cinayət faktlarının aşkarlanması prosesində Hərbi Polisin nümayəndələri iştirak edir.
Hazırda AAHM ərazisində Hərbi Polisin, Müdafiə Nazirliyin İstintaq İdarəsəinin nümayəndələri araşdırmalar aparırlar.
Müdafiə Nazirliyinin məsələyə münasibətini almaq mümkün olmayıb.