ABŞ dövlət katibi Hillari Klintonun Novruz bayramı münasibətilə təbriki yayılıb. Təbrikdə deyilir:
“Novruz bayramını qeyd edənlərin hamısına ən xoş arzularımını çatdırıram. Novruz 3000 ildən artıqdır dünyada milyonlarla insanın ümidlə baxdığı bir dövr olub. Şəfqət hissi, ailə və yeniləşmə ruhu Novruzun zəngin mədəni ənənələrinə dərindən hopmuşdur və bizə daha yaxşı dünya qurmaq kimi birgə öhdəliyimizi xatırladır.
Amerika Birləşmiş Ştatlarının xalqı bu yeni ildə sizinlə birgə yeni imkanları alqışlayır, ailə və dost münasibətlərinin gücləndirilməsində sizə qoşulur. Yeni sınaqlarla qarşılaşdığımız zaman, biz universal insan hüquqları, eyni zamanda, sülh və inkişafa aparan ifadə azadlığının dəstəklənməsi işinə də sadiq qalırıq.
Novruz bayramınız mübarək. Bütün günləriniz Novruz kimi olsun” (“Amerikanın səsi”).