Bu gün səhər saatlarında Bakının Bayıl qəsəbəsində yenidən torpaq uçqunu baş verib. Lent.az-ın verdiyi məlumata görə, hadisə Əlibəyov qardaşları 10 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında baş verib. Bənd dağılıb və torpaq yola tökülüb.
Qeyd edək ki, martın 15-də də həmin ünvanda torpaq uçqunu baş vermişdi. O vaxtdan bəri Bayılda həmin ərazidəki evlərə su verilişi dayandırılmışdı. Dünən gecə evlərə su yenidən verilib. Lakin Cənub dərə küçəsi boyunca su boruları partlayıb və su küçələrə axır. Yerli sakinlərin bildirdiyinə görə, yenidən uçqunun baş verməsinə səbəb məhz bu sulardır.