“Əl-Qaidə”nin öldürülmüş lideri Usama bin Ladenin 25 yaşlı oğlu Həmzə atasının ölümünə görə qisas planını açılayıb. Bu barədə Associated Press məlumat yayıb.
O, amerikalıların öz liderlərinin qərarlarına görə məsuliyyət daşıdığını deyib.
“Əgər Abbottabaddan törədilən cinayətin cəzasız qalacağını düşünürsinizsə, səhv edirsiniz”, – deyə o bildirib və atasının qisasını alacağını qeyd edib.
Həmzə bin Laden atasının vaxtilə rəhbəri olduğu təşkilatın üzvüdür. Onun 21 dəqiqəlik audiomüraciəti “Əl-Qaidə”nin “informasiya agentliyi” olan As-Sabahda dərc edilib.
azadlıq.info