AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı ötən həftənin sonu ABŞ səfiririnin siyasi məsələlər üzrə müşaviri Bricet Buşetlə görüşüb. Bu barədə qəzetimizə informasiyanı Ə.Qurbanlı verib. Görüşdə AXCP-nin martın 6-da keçirdiyi mitinq, aksiya zamanı cəbhəçi gənclər – Cabbar Savalanlı və Dəyanət Babayevin döyülməsi, polis özbaşnalığı müzakirə predmeti olub. Səfirlik təmsilçiləri ən əsas Ə.Qurbanlı saxlanılan zaman ona elektroşok verilməsi ilə maraqlanıblar. Ə.Qurbanlının sözlərinə görə, görüşdə həmçinin gənclər təşkilatlarının gələcək aksiyaları ilə bağlı fikir mübadiləsi aparılıb.
İnformasiya şöbəsi