Aksiyanın əsas şüarı “Bu seçki deyil. Putin bizim prezident deyil” oldu
Rusiyada müxalifətin 4 dekabr parlament və 2 mart prezident seçkiləriylə bağlı mövbəti etiraz aksiyası keçirilib. “Yeni Arbat” meydanında baş tutmuş mitinqə 50 min müxalifət tərəfdarı qatılıb. Aksiya öncəsi paytaxtın mərkəzi küçə və meydanlarına gedən yollar bağlanıb. Şəhərə əlavə qoşun dəstələri, xüsusi təyinatlılar gətirilib.
“Yeni Arbat” meydanına gedən Moxovoy küçəsində onlarla maşın və avtobus OMON-çular cəmlənib.
“Azad seçkilər uğrunda adlı” aksiyaya müxlaifət liderləri Qiroqri Yavlinski, Mixail Kasyanov, Gennadi Qudkov, Vladimir Rıjkov, Sergey Udalçov və başqaları qatılıb. Mitinqi Vladimir Rıjkov açıb. Ondan sonra çıxış edən “Seçici Liqası”nın həmtəsisçisi Sergey Parxomenko bildirib ki, Rusiya cəmiyyətini siyasi məhbusların həbsxanada saxlanması, şəffaf siyasi sistemin olmaması və azad seçkilərin keçirilməməsi daha çox narahat edir.
Daha sonra çıxış edən aktyor Maksim Vitorqan bildirib ki, prezident seçkiləri zamanı bütü məntəqələrdə kütləvi saxtakarlıq halları olub. Vladimir Putinin lehinə səslər saxtalaşdırılıb, “karusel”lərdən istifadə olunub. Aktyordan sonra tribunaya qalxan politoloq Qriqori Melkonyanç da prezident seçkiləri zamanı kütləvi saxtakarlıq hallarının olduğunu və seçicilərin azad seçim etmək imkanlarının məhdudlaşdırıldığını deyib.
“Hökumət seçki yox, xüsusi əməliyyat keçirdi”
Növbəti çıxışçı Harri Kasparov 2 mart prezident seçkilərinin seçki yox, hökumətin xüsusi əməliyyatı olduğunu deyib. Müxalif fəal hökumətin bütün inzibati resursları bu əməliyyata cəlb etdiyni söyləyib. Kasparov Jirinovski, Zyuqanov və Mironova istehza edərək onları “Şurikin məcaraları” filminin personajları ilə müqayisə edib:“Real müxalifət seçki yarışına buraxılmadı. Hökumət yenə də alternativi olmayan seçkidə saxtarlıq etdi”. Aktrisa Kseniya Sobçak da seçki günü müşahidə apardığı məntəqələrdə saxtakarlıq hallarının şəxsən şahidi olduğunu bildirib:“Mən saxtakarlığı öz gözlərimlə görmüşəm. Biz bura topaşmıq ki, bizi görsünlər, eşitsinlər. Biz hamımız bilirik ki, biz nəyə qarşıyıq.” Aktirsa seçkilərin seçki kimi yox, müharibə kimi başa çatdığını söyləyib.
“Rusiya azad olacaq”
İctimai fəal Aleksey Sklyar seçki günü gördüyü seçki saxtakarlıqları haqda hüquq-mühafizə orqanlarına müraciət etdiyini söyləyib. Sklyar hakimiyyətə üzünü tutaraq “Biz seçki fırıldaqçılarının cəzalandırılmasını istəyirik. Bizim söz azadlığımızı bizə qaytarın” deyib. Daha sonra tribunaya qalxan müxalifət lideri Qriqori Yavlinski Rusiyanın azad olacağını bildirib:“Yolumuz uzun olacaq. Ancaq biz bunu bacaracağıq. Rusiya azad olacaq. Rusiya dəyişiklik tələb edir”. Sergey Parxomenko Putinin paytaxt Moskvada yetərli səs ala bilmədiyini deyib. Müxalif fəal bildirib ki, etirazçılar Moskva meri və şəhər Dumasına yeni seçkilərin keçirilməsinə nail olmalıdır.
Daha sonra çıxış edənlər xalqın Putinin qalib olunduğu seçkilərin nəticələrini tanımadıqlarını bildiriblər. Onlar ölkədə azad və əlavə parlament və prezident seçkilərinin keçirilməsi üçün sonadək mübarizə aparacaqlarını söyləyiblər. Mitinq iştirakçıları çıxışçıların sözlərini “Putin rədd ol”, “Rusiya səni istəmir”, “Kremli sənə verəyəcəyik”, “Putin bizim prezidentimiz deyil” şüarları ilə kəsiblər.
Həbslər mitinq bitəndən sonra başlandı
“Yeni Arbat” meydanına keçirilən və 50 min nəfərin qatıldığı aksiya bitəndən az sonra “Sol Cəbhə”nin lideri Sergey Udalçov başçılıq etdiyi kolonu “Puşkin” meydanına doğru aparmaq istəyib. Solçu lider “Arbat” metrosu yaxınlığında polislər tərəfindən saxlanılıb. Polis rəsmiləri Udalçov və iki tərəfdarının təxribata cəhdə görə saxlandığını bildirib. Onların sözlərinə görə, Udalçov metro qarşısında icazəsiz aksiya keçirmək istəyirmiş. Udalçov həbsdən öncə bir neçə min etirazçının “Puşkin” meydanında din aksiya keçirmək və seçki saxtakarlıqlarına etirazlarını bildirmək istədiklərini söyləyib.
Mitinqin keçirildiyi vaxt naməlum şəxslər Arbat meydanı istiqamətindən havada dövrə vuran polis vertolyotuna fişəng atıblar. “İnterfax”ın xəbərinə görə, vertolyota 3 işıqsaçan və 1 adi fişəng atılıb.
Paytaxtda icazəli, regionlarda isə icazəsiz aksiyalar
Moskvadakı icazəli mitinqlə yanaşı Sankt Peterburq və Nijniy Novqorod şəhərlərində “Azad seçkilər uğrunda” adlı icazəsiz etiraz aksiyaları keçirilib. Aksiyalar icazəsiz olduğu üçün polis və xüsusi təyinatlılar iştirakçılara qarşı zorakılıq işlədib. Sankt Peterburqun “Azadlıq Meydanı”nda aksiya keçirməyə cəhd göstərən yüzə yaxın müxalifət tərəfdarı Putinin istefasını və yeni seçkilərin keçirilməsini tələb edib. Polislər aksiyanı dağıtdıqdan sonra 40-a yaxın mitinq iştirakçısı həbs olunub. Nijni Novqorod şəhərində də keçirilən icazəsiz mitinqə polis müdaxilə edib. 200 nəfədrən çox ictimai fəalın qatıldığı aksiyanın da əsas tələbi Putinin istefası və yeni parlament və prezident seçkilərinin keçirilməsi olub.
Tural