Günün son görüşü Xorvatiya və Portuqaliya arasında keçirilib. Oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtın sonuna 4 dəqiqə qalmış Quareşma Portuqaliyanın qələbə qolunu vurub və komandasını 1/4 mərhələyə çıxarıb.
***
Günün ikinci oyununda Uels və Şimali İrlandiya yığmaları üz-üzə gəlib. Oyunda yeganə qol 75-ci dəqiqədə vurulub. Şimali İrlandiyanın oyunçusu Qaret Makauli avtoqol müəllifi olub. Bu qol Uelsi 1/4 mərhələyə çıxarıb.
***
Bu gün “Avro-2016″da 1/8 final mərhələsinin oyunlarına start verilib. İlk oyun günündə 3 qarşılaşma keçirilir.
Günün ilk oyunu İsveçrə və Polşa komandaları arasında olub. 90 dəqiqədə qalib müəyyənləşməyib. Hərəyə 1 dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrılıb – 1:1. Əlavə vaxtda da qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Polşa (5:4) 1/4 finala yüksəlib.
Qollar: Blaşikovski, 39 (0:1), Şakiri, 82 (1:1)
İsveçrə: + – + + +
Polşa: + + + + +