Britaniyanın Avropa İttifaqından çıxması Azərbaycanın maliyyə bazarında təlatümlər yaşatdı
Azərbaycanın nağd və nağdsız valyuta bazarında dünən səhər saatlarından gərginlik yaranıb. Son iki həftədə dolların rəsmi məzənnəsinin yüksəlməsi ilə bu valyutaya yaranmış tələb dünən, Böyük Britaniyanın Avropa Ittifaqından ayrılması qərarının ardından daha da kəskinləşib.
Dollar satışına məhdudiyyət
Nəticədə dünya bazarında möhkəmlənən dollar Azərbaycanın valyuta bazarında da özünü hiss etdirib. Elə bu üzdən bir sıra kommersiya banklarında nağd dollar satışına məhdudiyyət tətbiq olunub. Bu məbləğ müxtəlif banklarda fərqli olub (bir müştəriyə 2-10 min dollar).
Dünən bankların hüquqi və fiziki şəxs olan müştərilərinin də nağdsız dollar tələbatı əhəmiyyətli şəkildə artıb. Kommersiya bankları dolların möhkəmlənmə tendensiyasına girməsi nəticəsində yaranmış valyuta qıtlığı səbəbindən şirkətlərin valyuta ehtiyaclarını qarşılaya bilməyib. Buna səbəb bankların valyuta mövqelərini pozmaq istəməməsi ilə bağlı olub.
Qeyd edək ki, səhər saatlarında nağd valyuta bazarında dolların satış məzənnəsi 1,58 AZN/USD olsa da, artıq 1,59 AZN/USD-yə yüksəlib. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dünənə olan rəsmi məzənnəsi 1,5332 AZN/USD təşkil edir. Bu da AMB-nin qaydalarına əsasən, kommersiya banklarına dolları rəsmi məzənnədən 4% fərqlə satmağa imkan verir. Yəni, dünən dolların maksimal satış məzənnəsi 1,5945 AZN/USD ola bilər.
“Report” analitik qrupu dolların iyunun 27-nə rəsmi məzənnəsinin kəskin artacağını istisna etmir.
Dörd bank dollar satışını dayandırdı
Bir neçə saat sonra isə məlumat yayıldı ki, bəzi kommersiya ÿbankları nağd dollar satışını ümumiyyətlə dayandırıb. Bank dairələrindən verilən ÿməlumata görə,ÿnağd dollar satışını dayandıranlar “Bank of Baku”, “Kapital Bank”, “Zaminbank” və “Kredobank” olub. Bir sıra digər kommersiya banklarında satış davam etdirilsə də, bu, limitlə həyata keçirilib.
İlk gün Azərbaycana ciddi ziyan dəydi
Onu da qeyd edək ki, aparıcı valyutanın ucuzlaşmasının Azərbaycana təsirsiz ötüşməyəcəyi əvvəlcədən vurğulanırdı. Bildirilirdi ki, funt-sterlinqin ucuzlaşmasından ÿAzərbaycanın ümumi zərəri daha çox ola bilər. Hətta bəzi rəqəmlər də elan olunurdu. Təxminən 1 milyard dollar civarında. Əslində elə böhranın küləyi əsən kimi Azərbaycan bazarına dəyən ziya bu təqribi hesablamaların reallığa yaxın olduğunu göstərdi.
Iqtisadçı ÿQubad ÿIbadoğlu ÿBöyük Britaniyanın Avropa Birliyindən çıxmasının Dövlət Neftÿ Fondunun (DNF) ÿaktivlərinə təsirini şərh edib: “Dünya bazarları Ingiltərənin Avropa Birliyindən çıxmaq (Brexit) qərarından sonra çalxalanır. Sabitliyi ilə seçilən ingilis funt-sterlinqi əsas dünya valyutaları qarşısında dəyər itirib. Ingilis pulunun dəyər itirməsinin Azərbaycana təsirinə gəlincə, ilk ağıla Dövlət Neft Fondunun bu ölkəyə investisiyasıÿ gəlir”.
Q.Ibadoğlu vurğuladı ki, DNF aktivlərinin 5 faizə qədəriniÿ funt sterlinqdə saxlayır. Aprelin 1-ə olan məlumata görə, DNF-nin 1 milyard 150 milyon 700 min funt-sterlinq aktivi var idi. Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı qərarından sonra funt-sterlinq 1 gündə 7.66 faiz dəyər itirib. Bu, 88 milyon funt-sterlinq və ya 115 milyon dollar itki deməkdir.
Fond avro aktivlərində 281.3 milyon itirib
Ekspert qeyd edir ki, Britaniyadakı referendum nəticəsində avro da 1 gündə 2.64 faiz dəyər itirib: “DNF-nin aktivlərinin 35.5 faizi də bu valyutada saxlanılır. Bu isə 10 milyard 655 milyon 800 min avro deməkdir.ÿBelə olan halda da DNF-nin avro ilə olan aktivləri 1 gündə 281.3 milyon avro və ya 326 milyon dollar itirib”.
Q.Ibadoğlu bildirir ki,ÿbu iki valyuta ilə bağlı DNF-nin itkisi bütünlükdə 427 milyon dollar olub. “Bu barədə artıq analitiklər proqnozlar verirdi. Odur ki, DNF-nin bu prosesləri müşahidə etməsi müəyyən suallar doğurur”, – deyə Q.Ibadoğluÿqeyd edir.
Fondun Avropadakı əmlakları da ucuzlaşıb
Ekspert yada salır ki,ÿfond Londonun Seynt Ceyms, 78 ünvanında yerləşən və dəyəri 177 milyon 350 minÿfunt-sterlinq olan ofis kompleksi ÿalıb. Habelə bura Parisdə 135 milyon avroluq ÿofisÿ və Milan şəhərinin tarixi biznes mərkəzində ÿ97 milyon avroya alınan “Palazzo Turati” ofis binasından ibarətÿ daşınmaz əmlak kompleksi də daxildir: “Londondakı kompleks məlum səbəbdən 13.5 milyon funt-sterlinq və yaÿ 18.6 milyon dollar, Parisdə olan ofis kompleksi isə 4.8 milyon avro və ya 5.6 milyon dollar dəyər itirib. Milandakı ofis isə 2.56 milyon avro və ya 3 milyon dollar ucuzlaşıb. Beləliklə,ÿ1 gündə DNF-nin aktivləri funt-sterlinqin və avronun dollara nisbətdə dəyərdən düşməsinə görə 468.5 milyon dollar azalıb”.
Ekspert qeyd edir ki, bu hesablamalar məzənnə nisbiliyindən asılı olaraq azala və ya arta bilər. Hazırda gedən tendensiya artıma doğrudur. Yəni, DNF məzənnə itkisinə daha çox məruz qalır.ÿ
Dünən eyni zamanda Brent markalı neftin qiyməti 48,56 dollar səviyyəsinə enib. Avropa Fond birjaları isə çöküb. Böyük Britaniyanın aparıcı fond indeksi təxminən 9 faiz enib. Referendumdan sonra funt sterlinq 1985-ci ildən bu yana dollar qarşısında ən aşağı səviyyəyə düşüb.
Funt dollara münasibətdə 30 illik həddə düşdü
Iqtisadçı-ekspert Samir Əliyev bir neçə saat içərisində baş verən dəyişiklikləri şərh edib: “Belə qərarlar zamanı bazarlarda qısa müddətli panika yaranır. Ingiltərənin Avropa Birliyindən çıxacağı halda gözlənirdi ki, funt sterlinq və avro ucuzlaşacaq. Bu da baş verdi. Funt dollara münasibətdə 30 illik həddə düşdü, avro isə ucuzlaşdı. Bu proses hələki davam edir. Bahalaşan isə Yapon yeni, ABŞ dollarıdır. Neft isə ucuzlaşıb. Düzdür, neft itirdiyi mövqelərini bərpa edir. 47 dollara kimi ucuzlaşan neft hazırda 49-a qədər bahalaşıb. Qızıl isə 5 faiz bahalaşıb. Bu, gözlənilirdi”.
“Manatın ucuzlaşması davam edəcək”
S.Əliyev bütün bunların Azərbaycan üçün təsirsiz qalmasının qaçılmaz olduğunu qeyd edib: “Təbii ki hamını bir sual düşündür, bunun manata təsiri necə olacaq? Əgər manatın məzənnəsini doğrudan da bazar müəyyənləşdirsəydi, görəcəkdik ki, manat dollara nisbətdə ucuzlaşıb. Amma bu, hələ ki, baş vermir. Biz yaxın günlərdə manatın məzənnəsinin dəyişiləcəyini görəcəyik. Əslində bilirik ki, Mərkəzi Bank manatı tənzimləyir. Ona görə manatın hansısa dəyişikliyi hələ ki, müşahidə edilmir”.
Iqtisadçı sözügdən qərarın Azərbaycana təsir istiqamətlərini də açıqlayıb: “Birincisi, neftin ucuzlaşması Azərbaycan üçün arzuolunan ssenari deyil. Biz neftin ucuzlaşmasını görürük. Ikinci təsiri Azərbaycanın valyuta ehtiyatlarıdır. Üçüncüsü isə dolların bahalaşması manatın məzənnəsinə təzyiqi artacaq. Indi hər şey Mərkəzi Bankın davranışından asılı olacaq. Maraqlıdır, Mərkəzi Bank belə bir vəziyyətdə öz valyuta ehtiyatlarını xərcləyib manata dəstək verəcəkmi, yoxsa manatı müəyyən qədər buraxacaqmı? Istənilən halda mən bir devalvasiya ssenarisini istisna edirəm. Manatın ucuzlaşması davam edəcək”.
“Neft Fondunun itkiləri daha da arta bilər”
Bəs, bu prose bir müddət davam edəcəyi təqdirdə Azərbaycan iqtisadiyyatında nələr yaşana bilər? Neft Fondunun aktivlərini nə gözləyir?
Ekspert Ilham Şaban bildirdi ki, avro və funtun kursu hələ bir müddət oynayacaq və tədricən yerini alacaq. Bundan sonrakı proseslərin AB rəhbərliyi ilə Britaniya arasında danışıqlardan asılı olacağını deyən I.Şaban vurğuladı ki, Neft Fondunun avro və funtda olan aktivləri qarşılıqlı şəkildə dəyərini itirir: “Təhlilçilər artıq qeyd edirlər ki, Britaniyanın valyutası ən yaxşı halda 1.05 olacaq. Çünki ölkənin içərisində ciddi prolblemlər var və onları həll etmək gərəkdir. Bütün bunların fonunda Azərbaycanın itkiləri daha da arta bilər. Bir var Neft Fondunun gəlirləri neftin qiymətinin aşağı düşməsindən azala, bir də var, Neft Fondunun aktivlərini saxladığı valyutalar dəyər itirir. Və nəticədə Neft Fondunun itkiləri artır”.
Xəyal