Wizz Air aviaşirkəti müştərilərinə Kutaisi (Gürcüstan) və Saloniki (Yunanıstan) şəhərləri arasında uçuşları 15 avroya, Kutaisi-Milan (İtaliya) reysi üzrə uçuşları isə 30 avroya təklif edir. Bu barədə aviaşirkərin saytında məlumat verilir. Bu qiymətlər cari ilin oktyabr ayına qədər qüvvədə olacaq. Şirkət payızda Kutaisi Beynəlxalq Aeroportunda öz ilk bazasını açmaqla 7 istiqamət üzrə uçuşları həyata keçirəcək – bunlar Sofiya, Larnaka, Saloniki, Milan, Berlin, Münhen və Dortmunddur. Müqayisə üçün deyək ki, AZAL-ın Bakı-Milan reysi üzrə uçuşları 397 manat (230 avro), Bakıdan Yunanıstanın paytaxtı Afinaya uçuşları isə 569 manat (328 avro) təşkil edir. WizzAir aviaşirkəti isə Bakıdan yanlız bir istiqamətə – Macarıstanın paytaxtı Budapeştə uçuşlar təşkil edir. Qiyməti 110 avrodur.