Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin, eləcə də Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Azərbaycan çempionu “Qarabağ” komandasının rəqibi Lüksemburqun “Düdelanj” klubu olacaq. “Qarabağ”ın “Düdelanj”la ilk oyunu 12-13, cavab matçı isə 19-20 iyul tarixlərində keçiriləcək.
Azərbaycanın “Qəbələ”, “Neftçi” və “Kəpəz” klublarının da rəqibləri bəlli olub.
“Neftçi” ilk görüşdə Bakıda Maltanın “Baltsan” klubu ilə qarşılaşacaq. “Qəbələ” Gürcüstanın “Samtrediya”, “Kəpəz” isə Moldovanın “Daçiya” klubu ilə mübarizə aparacaq.
“Qəbələ” ilə “Kəpəz” də ilk görüşü evdə keçirəcəklər.
İlk oyunlar iyunun 30-da, cavab qarşılaşmaları isə iyulun 7-də keçiriləcək.
Azərbaycan klublarının II təsnifat mərhələsindəki rəqibləri də müəyyənləşib.
“Neftçi” -“Baltsan” cütünün qalibi – “Şkendiya” (Makedoniya) / “Krakoviya” (Polşa) cütünün qalibi
“Aktobe” (Qazaxıstan) – MTK (Macarıstan) cütünün qalibi – “Qəbələ” (Azərbaycan) / “Samtredia” (Gürcüstan) cütünün qalibi
“Admira” (Avstriya) / “Spartak” M (Slovakiya) cütünün qalibi -“Kəpəz” (Azərbaycan) / “Daçiya” (Moldova) cütünün qalibi