Ukraynada azərbaycanlıları kim oğurlayır?

ilham-ismayilİlham İsmayıl: «Ukraynada azərbaycanlıların oğurluğuna Bakıdan olan avtoritet rəhbərlik edir»

Son zamanlar Ukraynada soydaşlarımızın oğurlanması ilə bağlı xəbərlər geniş yayılıb. Imkanlı azərbaycanlıların özləri, övladları və ya yaxınları oğurlanır və azad olunması müqabilində külli miqdarda pul tələb olunur. Bu əməliyyatların hamısı isə bir dəstə tərəfindən reallaşdırılır.

Ukraynada baş verən olaylara aydınlıq gətirmək üçün suallarımızı təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıla ünvanladıq.

Bir müddət əvvəl Kiyevdə olduğunu deyən I.Ismayıl vurğuladı ki, Ukraynanın paytaxtında olarkən bu barədə məlumat alıb: “Ukraynada yaşayan azərbaycanlıların oğurlanması ilə bağlı informasiya həqiqətdir və orda yaşayan soydaşlarımızın narahatlığı artıq təlaşa çevrilib. Əsas hədəf imkanlı ailələrin övladları və Ukraynada fəaliyyət göstərən iş adamlarıdır. Bu yaxınlarda Kiyevdə olduğum zaman həmsöhbətlərimin azərbaycanlıların oğurlanması ilə bağlı dediklərinə o qədər əhəmiyyət verməsəm də, sonra mətbuatda gedən məqalələrdən sonra məsələylə yenidən maraqlandım və əlavə məlumatlar əldə etdim.

Artıq 24 nəfər azərbaycanlı oğurlanıb girov saxlanıb, pul müqabilində azad olunublar. Hazırda iki nəfər – Brovarı şəhərində “Bakinski dvor” kafesinin sahibi – Ilqar adlı şəxs və bir tələbə girovluqdadır. Məsələ burasındadır ki, bu cinayətlər Ukrayna Daxili Işlər naziri Avakov təyin olunandan sonra başlayıb və qarşısı da alınmır. Adam oğruları Rusiyadan gəlir, hədəflərini ələ keçirdikdən sonra Kiyev ətrafında gizlədir, Rusiyadan oğurlanan şəxslərin yaxınlarına döyülmüş, üz-gözü qanlı videolarını, fotolarını göndərir, pulu isə əsasən Bakıda alırlar. Olur ki, Rusiyada, nadir hallarda Ukraynada da alırlar. Bu işin başında Bakıdan olan avtoritet dayanır”.

I.Ismayılın sözlərinə görə, hədəfin seçilməsi, yönləndirilməsi xəbərini dəstənin Ukraynadakı adamları verir. Növbəti addım dəstə üzvlərinin Rusiyadan gəlib oğurluğu həyata keçirməsi olur. “Ov” Ukrayna ərazisindən çıxarılmır. Daha sonra danışıqlar, alver gedir. Adətən cinayətkarlar 2 milyon ABŞ dollarının verilməsi tələbini irəli sürür, sonra enmələr də müzakirə edilir. Oğurlanmış insanların sahiblərinə dəhşətli hədə-qorxu gəlinir ki, hüquq mühafizə orqanlarına xəbər verildiyi ÿhalda girov mütləq öldürüləcək. Elə bu hədə-qorxunun nəticəsidir ki, hələ indiyədək heç kəs polisə müraciət etməyib: “Məsələ o qədər ciddidir ki, bu işə hər iki dövlətin başçıları diqqət ayırmalı, hər üç dövlətin hüquq mühafizə orqanları qarşısında cinayətkarların zərəsizləşdirməsi tələbi qoyulmalı və nəzarətə götürülməlidi. Məsələ ilə bağlı informasiya mənbələrinə sualla müraciət edəndə ki, nədən Rusiyadan gələn cinayətkar dəstə oğurluğu Rusiyanın özündə yaşayan azərbaycanlılar arasından yox, məhz ÿUkraynada həyata keçirir… cavab çox ilginc oldu. Rusiyadakı kriminal avtoritetlər iki il əvvəl Yekaterinburq ”sxodkasında” adam oğurluğunu “zapadlo” sayıb və Rusiya ərazisində adam oğurluğunu qadağan ediblər. Ikinci faktor isə Ukrayna Daxili Işlər naziri Avakovdur. Avakov bu cinayətlər barəsində məlumatı olduğunu, amma bunu guya “azərbaycanlıların daxili razborkası” kimi qəbul edib qarışmamağı tapşırıb. Sonuncu faktın həqiqət dərəcəsini şübhə altına almaq olsa da, Avakovun Azərbaycana, azərbaycanlılara nifrəti şübhə doğurmur. Bəs, bizim hüquq mühafizə orqanlarımız necə, bu mütəşəkkil cinayətlə maraqlanıblarmı? Bu cinayətin mənbəyinin Bakıdan qaynaqlandığı haqqında xeyli müddətdir dolaşan söz-söhbətə diqqət yetiriblərmi? Hadisələrin gedişi bu istiqamətdə müsbət nəsə olduğunu göstərmir”.

Xəyal