İsveçrəlilər bazar günü keçirilmiş referendumda vətəndaşlara hər ay zəmanətli minimum gəlir ödənilməsi barədə təşəbbüsü rədd ediblər. Seçicilərin 78 faizi bu təşəbbüsün əleyhinə səs verib.
İsveçrə referendumuna çıxarılmış planda yetkinlik yaş həddini adlamış hər bir vətəndaşa işləyib-işləməməsindən asılı olmayaraq ayda 2500 İsveçrə frankı (2562 dollar) həcmində zəmanətli gəlir ödənilməsi təklif olunurdu.
Həddi-büluğ yaşına çatmamış hər bir uşağa isə ayda 625 frank (640 dollar) ödənilməsi nəzərdə tutulurdu.
Bu təşəbbüsü irəli sürənlər iqtisadiyyatın bir çox sahələrində avtomatlaşdırılmış proseslərin tətbiqi nəticəsində iş yerləri sayının durmadan azaldığını qeyd edirlər.
Bununla belə, aparılmış sorğulara əsasən, İsvecrə vətəndaşlarının əksəriyyəti zəmanətli gəlir barədə hətta qərar verilsə idi belə, işləmək arzusunda olduqlarını bildirirdilər.
***
İsveçrədə hamıya maaş verilməsi üçün referendum keçirilir.
Bu, işləyən və işləməyən bütün İsveçrə vətəndaşları və ölkədə qanuni işləmək icazəsiylə azı 5 il yaşayan bütün əcnəbilərə maaş verilməsi üçündür.
Həmin maaşın nə qədər olacağı hələ məlum deyil.
“Hamıya maaş”ı dəstəkləyənlər bunu yaxşı maaşı olan iş tapmağın get-gedə çətinləşdiyi bir dünyada yoxsulluq və bərabərsizliyə çözüm olacağını düşünür.
İsveçrədə çoxluq bunu “markisist yuxu” adlandırır. Hökumət və siyasi partiyaların demək olar ki, hamısı xalqa buna “yox” deməyə çağırıb.