ABŞ Helsinki Komissiyasının sədri Kris Smit və komissiyanın üzvü Rocer Viker jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıb.
“Azərbaycan hökumətini jurnalistə qarşı bütün ittihamları götürməyə və “Azadlıq” radiosunun Bakı bürosunun işini bərpa etməyə çağırırıq. Xədicənin işi Azərbaycanda müstəqil səslərin cəzalandırılması məqsədilə məhkəmə sistemindən istifadə olunduğu ilk hal deyil.
İlqar Məmmədov kimi insan haqları, hüququn aliliyi və demokratiyanın təminatını tələb edən digər şəxslər də həbsdədir. Onların cəsarətini alqışlayır və Azərbaycan hökumətini bir daha ATƏT öhdəliklərinə əməl etməyə, siyasi müxalifətə, jurnalistlərə və dini azlıqlara qarşı repressiyaya son qoymağa çağırırıq”, – deyə onların yaydığı bəyanatda deyilir.