Suriya MİT-çilərin Türkiyədə olan hərbçilərlə dəyişdirilməsini təklif edir.
İsraildə yayımlanan “Haaretz” qəzeti Suriyada 40 MİT əməkdaşının həbsdə saxlıldığını yazır. Qəzet rəsmi Türkiyənin MİT əməkdaşlarının geri verilməsini tələb etdiyini bildirir. Suriya tərəfi isə MİT əməkdaşlarının Türkiyədə olması etimal edilən hərbçilərlə dəyşdirilməsini təklif edir.
Qəzetin xəbərinə görə, Suriya rejimi Türkiyədən üsyançıların təşkil etdyi Azad Suriya Ordusunun əsgərərinin sərhəddən keçməsinə də qadağa qoyulmasını tələb edib.
MİT əməkdaşlarnın dəyişdirilməsi ilə danışıqlara İranın vasitəçilik edə biləcəyi də qeyd olunur (Qafqazinfo”).