“Bu, bütün azad söz döyüşçülərinə verilən mükafatdır”
“Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” TV proqramının aparıcısı, həbsdə olan jurnalist, AXCP sədrinin müavini Seymur Həzi beynəlxalq səviyyədə Azad Media Mükafatına layiq görülməsinə münasibət bildirib. O vəkili Şəhla Hümbətova vasitəsilə çatdırdığı ismarışda bu mötəbər mükafata layqi görülməsini belə qiymətləndirib:
“Bu mükafat amfiteatrda həyat üçün döyüşən döyüşçüyə “həyat” deyə yüksələn alqışdır. Bu döyüşçü bu gün dünyanın hər yerində ölüm-dirim savaşı verən “Azad sözdür”. Bu mükafat bütün azad söz döyüşçülərinə verilməklə, təkcə azad sözə, onun fədailərinə dəstək deyil, həm də dünyamızın gələcək taleyinə məsuliyyətlə yanaşmanın ifadəsidir. Xüsusilə mənim adımın qabardılmasında rolu olan hər kəsə təşəkkür edirəm. Qoy uşaqlar müharibə görməsin, azad düçüncə ölümə və zindana səbəb olmasın”.