Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub. Növbəti oyun günündə daha iki qarşılaşma keçirilib. Artıq Fransa Liqasında çempionluğunu rəsmiləşdirən PSJ öz meydanında “Mançester Siti”ni qəbul edib. Oyun 2-2 hesablı bərabərliklə başa çatıb.
Digər oyunda isə Madrid “Real”ı Almaniyada “Volfsburq”un qonağı olub. Bu oyunda gözləntilərin əksinə olaraq meydan sahibləri 2-0 hesablı qələbə qazanıb.
PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) – 2:2
Qollar: De Bruyne, 38 (0:1), İbrahimoviç, 41 (1:1), Rabiot, 59 (2:1), Fernandinyo, 72 (2:2)
“Volfsburq” (Almaniya) – “Real” (Madrid, İspaniya) – 2:0
Qollar: Rodriqes, 18-pen (1:0), Arnold, 25 (2:0)