Brüsseldə hücumlardan sonra üç Avropa ölkəsində 10-dan çox şübhəli həbs edilib.
Onlardan yeddisi Brüsseldə, ikisi Almaniyada və biri isə Parisdə saxlanılıb.
Belçika polisi 31 nəfərin ölümünə səbəb olmuş çərşənbə axşamı günü intihar hücumları ilə bağlı təhqiqatları davam etdirir.
Bundan əvvəl hadisənin baş verdiyi Schaerbeek rayonunda həbslər aparılıb.
“İslam Dövləti (İD) adlanan qruplaşma məhv ediləcək”, Brüsseldə səfərdə olan ABŞ dövlət katibi John Kerry deyib.
Paris və Brüsseldəki partlayışlara görə məsuliyyəti İslam Dövləti (İD) adlanan qruplaşma öz üzərinə götürüb.
Belçika baş naziri ilə yanaşı dayanan Charles Michel, başsağlığı verərək Belçikayla həmrəy olduğunu nümayiş etdirib.
“Qərb Alyansı İD-i məhv etmək üçün mübarizəni davam etdirəcək”, Cənab Kerry bildirib.
“Bizi qorxmayacağıq. Biz dayanmayacağıq.”
Brüsseldəki bomba partlayışları ötən ilin noyabrında baş verən Paris hücumu ilə əlaqələndirlir.
Schaerbeek-də aparılan həbslər cümə axşamı baş tutub və ərazidəki evlər bir-bir yoxlanılır.
Cümə axşamı gecəsi, hücum planlaşdırmaqda şübhəli bilinərək Paris yaxınlığında bir nəfər həbs olunandan bir neçə saat sonra Fransa polisi Parisin şimali-qərbində yerləşən Argenteuil-də anti-terror əməliyyatı həyata keçirməyə başlayıb.
Şübhəli bilinərək həbs olunan Fransa əsilli döyüşçünün nə Paris, nə də Brüssel hücumları ilə əlaqəsi var, daxili işlər naziri Bernard Cazeneuve deyib.
Cümə axşamı Belçika rəsmiləri Brüssel partlayışları ilə bağlı saxlanılanlardan birinə qarşı “səhvə” yol verdiklərini etiraf ediblər.
Türkiyə Brahim el-Bakraoui-nu ötən ilin iyun ayında saxlayaraq deportasiya etdiyini, onun “xarici döyüşçü” olması ilə bağlı Belçikaya xəbərdarlıq etdiyini, lakin buna “məhəl qoyulmadığını” bəyan edib. Hollandiya orqanlarına da xəbərdarlıq edilmişdi, rəsmi Ankara açıqlayır.
Belçikanın daxili işlər və ədliyyə nazirləri buna görə istefa vermək istəsələr də baş nazir buna imkan verməyib.
Təsdiqlənməmiş məlumatda deyilir ki, digər intihar hücumçusu ötən il Parisdə baş verən partlayışla bağlı axtarışda olan cihadçı Najim Laachraoui-dir.
Hava limanındakı partlayışlara görə şübhəli bilinən üçüncü şəxsin kimliyi hələ də müəyyən edilməyib və o, hələ də gizlənir.
Bakraoui qardaşları, Khalid, 20 nəfərin ölümü ilə nəticələnən Maelbeek metro stansiyasında intihar hücumunu həyata keçirib.
Brüsseldə baş verən partlayışlar, ötən il Parisdə hücum törətməkdə şübhəli bilinən Salah Abdeslamla da əlaqələndirilir.
O, Brüsseldəki partlayışdan 4 gün əvvəl, ötən cümə günü, şəhərin Meşəlik adlanan ərazisində həbs olunub.
Abdeslam fikrini dəyişərək Belçikadan Fransaya deportasiya olunmaq istəmir, onun vəkili cümə axşamı açıqlayıb.
Belçikada anadan olan 26 yaşlı Fransa əsilli Abdeslam-ın Brüsseldəki partlayışlar haqqında heç bir məlumatı olmayıb və baş vermiş hadisələrdən sonra polislə əməkdaşlığını dayandırıb, onun vəkili Sven Mary deyib.
Abdeslam və daha iki şübhəlinin həbsi ilə bağlı məhkəmə iclası aprelin 7-nə təxirə salınıb.
Avropada cihadçıların şəbəkəsi “bizim qorxduğumuzdan daha geniş ola bilər”, Avropa Birliyinin polis agentliyinin direktoru, Avropol, BBC-yə məlumat verib.
Robert Wainwright bildirib ki, “münaqişə təcrübəsi üçün Suriya və İraqa gedib Avropaya qayıdan bəzi – hamısı deyil – insanların cəmləşdiyi və Avropada radikallığı ilə seçilən 5000 şübhəli şəxsin cəmləşdiyi icma” ilə bağlı narahatlıqlar var.
(bbc azəri)