Türkiyənin keçmiş xarici işlər naziri Şükrü Sina Gürel Suriyada olub və ölkənin rəhbəri Bəşər Əsədlə qısa görüş keçirib. Şükrü Sina ümumilikdə Suriya səfəri və Əsədlə görüşü barədə qeydlərini Türkiyənin “Yurt” qəzeti üçün qələmə alıb.
Keçmiş nazir yazır ki, Bəşər Əsəd ondan Türkiyəyə qardaşlıq mesajı göndərib.
“Görüşümüzdə heç kimi təmsil etmədiyimi deyərək sözə başladım. Yalnız türk xalqının böyük çoxluğunun Suriya xalqı ilə həmrəylik içində omaq istədiyini və şəxsi düşmənlikləri aşaraq bölgənin yeni gerçəklərinə uyğun əlaqələr qurulmalı olduğunu qeyd etdim. Əsəd türk xalqı ilə yaxşı əlaqələri davam etdirmək istədiklərini və heç kimə qarşı şəxsi nifrətinin olmadığını dedi. Soruşdum ki, Türkiyəyə göndərmək istədiyi bir mesaj varmı? Mənə doğru iki addım atdı, əlini uzadar dedi: Hər şeydən əvvəl bunu çatıdırın – qardaş olmağa məcburuq”.